Yaralının vəziyyəti ağırdır
Paytaxtın Nəsimi rayonunda Azadlıq prospektində bıçaqlanma hadisəsi baş verib.
Bakucity.azAPA-ya istinadən xəbər verir ki, ticarət mərkəzinin qarşısında 1992-ci il təvəllüdlü Məmmədov Rəşad Namiq oğlu 13 yaşlı Murad adlı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Həmçinin oxu: Bakıda qanlı gecə - Metronun qarşısında kütləvi dava düşdü
Həkimlərin verdiyi məlumata görə, ona 7 bıçaq zərbəsi vurulub və vəziyyəti ağırdır.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Yeniyetmə saxlanılıb. O, polisə ilkin izahatında bildirib ki, R.Məmmədov anasına mesajlar yazıb.
Bakucity.az