Bəzi sərnişinlərin vəziyyəti pisləşib
“Bakı Metropoliteni”nin yeni təmirdən çıxan “Xətai” metrostansiyasında eskalator xarab olub.
Bakucity.az xəbər verir ki, sosial şəbəkələrdə bu barədə görüntülər yayılıb.
Kadrlarda insanların eskalatorla piyada qalxdığı görünür. Bu sərnişinlərin narazılığına səbəb olub, onlardan bəzilərinin halı pisləşib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, eskalatorlar qısa zaman kəsiyində işləməyib.
Həmçinin oxu: “Xətai” stansiyası təmirdən sonra - FOTOREPORTAJ
Onun sözlərinə görə, eskalatora plastik maddə düşdüyü üçün dayandırılıb.
“Metropoliten işçiləri qısa müddətdə nasazlıq aradan qaldırıblar”, - deyə o bildirib.