Tural Yusifov: Bakıda ailəmi ictimai nəqliyyata etibar etmərəm - VİDEO

“Bizim şəhər piyadalar üçün deyil”

“Mən ailəmi ictimai nəqliyyata etibar etmirəm. Yaşadığım qəsəbədə üç marşrut var - biri “BakuBus”, digər ikisi daşıyıcılardır və mən onlara heç vaxt ailəmi etibar edə bilmərəm.  

Bakucity.az xəbər verir ki, bu sözləri yol hərəkəti üzrə ekspert Tural Yusifov İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olarkən deyib.

Aparıcı bildirib ki, əgər Bakı şəhərində tıxacsız, stressiz yol istəyirsinizsə, ilk növbədə ictimai nəqliyyatı düzəltmək lazımdır.

“Bakı şəhərində tramvay yoxdur, ləğv olunub. Dünyanın ən böyük şəhərlərində, hətta çox sıx hərəkət olan Amsterdamda tramvay var.  Bizim metro bir-birindən çox aralı stansiyalardan ibarətdir. Böyük Britaniyaya, Parisə, hara istəyirsinizsə gedək, orada stansiyalar bir-birinə çox yaxındır. Siz metronun “İnşaatçılar” stansiyasından çıxıb İctimai Televiziyaya gəlmək üçün ya gərək avtobusa minəsiniz, ya da Yasamal rayonunun ərazisində bərbad vəziyyətdə olan və ya olmayan səkilərin üzərindən gedəsiniz. Sual yaranır ki, niyə bizim piyadalar yolun ortası ilə gedir. Onlar hara ilə getsinlər? Səki tapa bilmirlər. Bütün səkilər zəbt olunub”.

Sürücü mədəniyyətindən danışan T.Yusifov bildirib ki, ümumiyyətlə ya sürücü mədəniyyəti olur, ya da olmur.

Həmçinin oxu: Vaqif Əsədov: Məktəbə bir uşağın arxasınca dörd avtomobil gedir

“Heydər Əliyev sarayında konsert gedəndə “mədəni” insanlar avtomobillərini 2-3 sıra saxalyırlar. Mədəni tədbirə gedir, lakin heç bir mədəniyyəti yoxdur. Ümumiyyətlə şəhərin mərkəzində parkinq problemini həll etmək ictimai nəqliyyatı düzəltmək və mərkəzə girişi qadağan etmək lazımdır. Müəyyən bir yerə gəlirsən, avtomobilini saxlayırsan, tramvaya və ya velosipedə minib gedirsən”.

Aparıcı həmçinin Bakı şəhərindəki hündür səkilərdən narazılığını bildirib.

“Bəli, başa düşürəm, səkini ona görə hündür edirlər ki, maşınları oraya dırmaşdırmasınlar, amma əlil, uşaq arabası ilə hərəkət edənlər, yaşlı insanlar oraya qalxa bilmir. Biz Bakı şəhərində əlil arabasında hərəkət edən insanları az görürük. Bu, o demək deyil ki, biz spartalıyıq və sağlamıq. Xeyr, ona görə az görürük ki, şəhər o əlil arabasında hərəkət edən insanlara qənim kəsilib. Bizim şəhər piyadalar üçün deyil, dəmirlər üçündür. Bu maşınlar gəlirlər, gəlirlər, ona görə də problem yaranır. İctimai nəqliyyat düzəlməyincə, nə metronun “20 Yanvar” stansiyasında, nə də digər ərazilərdə bu problem həll olunmayacaq”.

Bakucity.az

Bakı ictimai nəqliyyat Tural Yusifov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
"Bu gün koronavirus xəstələriylə işləyən həkimlərimiz ölümlə çarpışır. Mənim həyat yoldaşım da orda işləyir və kosmonavtlar kimi skofandr geyinirlər”. BakuCity.az xəbər verir ki, bunu Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. R. Mahmudov koronavirus xəstələriylə işləyən həkimlərin maaşlarının verilməməsinə etirazını bildirib: “TƏBİB həkimlərin çoxunun əmək haqqısını verməyib. Bu gün koronavirus xəstələriylə işləyən həkimlərimiz ölümlə çarpış...
Cəmiyyət
Azərbaycanda koronavirusa 193 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər sağalıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.  COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 33 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 840 nəfər müalicə olunaraq sağalıb, 476 nəfər vəfat edib, aktiv xəstə sayı 3787-dir. ...
Cəmiyyət
Paytaxtdakı çimərliklər fəaliyyətə başlayıb. Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib. BakuCity.az xəbər verir ki, bununla əlaqədar Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin struktur qurumlarının nümayəndələrindən təşkil edilmiş qruplar tərəfindən paytaxtın rayonlarındakı bütün ictimai...
Cəmiyyət
Sosial şəbəkələrdə ən çox müzakirələrə səbəb olan paytaxt binası. Bakının Günəşli qəsəbəsində illərdir sakinlərin yaşadığı binanın üzərində yenidən əlavə mərtəbənin tikilməsi ictimai müzakirələrə səbəb olub. Həmin binada yaşayan bir neçə sakin də bundan narazılığını bildirib. BakuCity.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları hadisə yerinə gedərək məsələ ilə bağlı tikinti işlərini aparan şirkətdən münasibət öyrənib. Tikintini həyata keçirən "A.R.&Ko"...
Cəmiyyət
Sosial şəbəkələrdə video yayan həkim cəzalandırılıb. Qazax rayon Təcili Tibbi Yardım Xidmətinin həkimi sosial şəbəkələrdə video yayaraq, Təcili Yardım binasının yararsız vəziyyətdə olması ilə bağlı iddialar səsləndirib. Sözügedən hadisədən sonra həkimin TƏBİB tərəfindən şiddətli töhmət alması ilə bağlı məlumat yayılıb. BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva faktı təsdiqləyib. “Qazax RMX-nın məluma...
Ekologiya
Bakıda 6 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.  Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24,  gündüz  27-31, Bakıda  gecə 22-24, gündüz  28-30 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma...
Cəmiyyət
Şəhid general-mayor Polad Həşimovun adını daşıyacaq küçənin ünvan lövhələri hazırdır. BakuCity.az xəbər verir ki, onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələdə adının veriləcəyi küçə yaxın vaxtda müəyyənləşdiriləcək. Bununla bağlı müzakirələr yekunlaşmaq üzrədir. Həmçinin oxu: General-mayor Həşimov Polad şəhid olub Qeyd edək ki, Prezident İlham Əliyev Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrindən birinə onun adının verilməsi...
Cəmiyyət
Karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib. BakuCity.az xəbər verir ki, bununla əlaqədar Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin struktur qurumlarının nümayəndələrindən təşkil edilən qruplar tərəfindən paytaxtı  rayonlarındakı bütün ictimai və özəl çimərliklərə, istirahət mərkəzlərinə baxışlar keçirilib, çimərliklərə şəhər və rayon icra qurumlarının nümayəndələrindən məsul şəxslər t...
Cəmiyyət
Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. İqtisadiyyat Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək m...