Bakıda “Most Fashionable Awards 2019”-un yarımfinalı keçiriləcək

İncəsənət, şou-biznes, dəb aləmi və iş sferasının ən yaxşıları seçiləcək

“Word Beauty Congress” (Dünya Gözəllik Konqresi) unikal ümumdünya mükafatı "Most Fashionable Awards 2019"-u təqdim edir.

Bununla bağlı Bakucity.az-a təşkilat komitəsinin sədri Zamir Hüseynov məlumat verib.

Onun sözlərinə görə, mükafatın Azərbaycan üzrə “Top 5”liyin seçimi noyabrın axırı Bakıda keçiriləcək:

“Mükafatın məqsədi bütün dünyada öz sahəsi üzrə professional olan ən uğurlu və məşhur insanları təyin etməkdir. Mükafatlandırma Rumıniyanın Avropa Parlamenti tərəfindən, "Avropanın mədəniyyət paytaxtı" seçilən Timişoara şəhərində keçiriləcək.

"Most Fashionable" mükafatlandırma tədbirinin məqsədi təkcə ən yaxşıları təyin etməklə yekunlaşmır, eyni zamanda müxtəlif sahələrin insanlarını eyni atmotsferdə birləşdirib, unikal təcrübə və bilikləri paylaşma, özünü və işini yeni çərçivələrlə dolğunlaşdırma imkanı yaradır. Mükafatlandırma ərəfəsində xüsusi gecə və ziyafət təşkil olunacaq.

Bu ziyafətdə bütün kontinentlərdən öz işinin ən yaxşıları bir-biri ilə münasibət qurub, təcrübə və bilikləri ilə bölüşüb eləcə də dostluq və partnyorluq üçün unikal imkanlar əldə edəcəklər.

Z. Hüzeynov prosesində jurilərin və idarə heyətinin səs vermə hüququna malik olacağını deyib. Ən yaxşıları bir çox nominantlar üzrə bütün ölkələrdə təyin etmək üçün şəffaf səsvermə keçiriləcəkdir:

“Mükafatlandırma ideyasını və inisiativini Avropanın və Amerikanın öndə gedən biznesmenləri, media nümayəndələri, Hollivud ulduzları, əsasən də Maykl Nobel özü dəstəkləyir. Səsvermə zamanı nominantların “instagram” və “facebook” sosial profillərindən istifadə olunacaq.

“Top 5” seçimləri bu şəkildə baş tutacaqdır:

- Juri üzvlərinin üç fəxri nümayəndəsi hərəsi bir nominant olmaqla üç nominant seçəcək;

- Dördüncü finalçı idarə heyyətinin səs verməsi ilə seçiləcək;

- Beşinci finalçı isə sosial səsvermə nəticəsində ən çox səs toplamış iştirakçı kimi qeydə alınacaq və beşliyə daxil olacaq.

Bütün bu seçimlərdən sonra Top-5 iştirakçılarının şəkilləri yenidən sosial şəbəkədə səs verməyə çıxarılacaq və ən çox səs toplamış şəxs "Most Fashionable Awards" mükafatına layiq görüləcək” deyə, Zamir Hüseynov bildirib.

Qeyd edək ki, yaxşılardan ən yaxşıları bütün iştirakçı ölkələr üzrə Rumıniyada yığışacaqlar və möhtəşəm "Opera Timişoara" səhnəsində "Most Fashionable Awards" mükafatını alacaqlar. Mərasimin proqramı üç gün davam edək. İştirakçılar 88 naminasiya üzrə mübarizə aparacaq.

"Most Fashionable Awards 2019"-un Azərbaycan üzrə təşkilatçısı Aqil Qasımov, təşkilat heyətinin üzvləri rejissor Elnaz Əbluc, xoreograf Yuliana Hüseynova, jurnalist Vadim İseyev aktrisa və model Günel Mamedzadə, aktrisa və model Rəna Əliyeva, aktrisalar Aysel Nazim və Nəzakət Məmmədovadır.

Tədbirin informasiya tərəfdaşı Bakucity.az saytıdır. 

Ramilə Qardaşxanqızı

Bakucity.az

Mükafat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
75 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Bu ilin 9 ayında Bakıda 8023 cinayət hadisəsi qeydə alınıb. BakuCity.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində keçirilən əməliyyat müşavirəsində İdarənin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Teymur Hacıyev bildirib. T.Hacıyev qeyd edib ki, cari ilin 9 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə qeydə alınan həmin cinayətlərin 87,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 12,3 faizi isə a...
Cəmiyyət
"HR BAKU" MMC və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) birgə təşkilatçılığı ilə noyabrın 15-də “Boulevard Hotel Baku”da “HR Summit Baku 2019” beynəlxalq tədbiri baş tutacaq. Assosiasiyadan BakuCity.az-a verilən məlumata görə, 700 nəfərin istirak edəcəyi HR sammitdə beynəlxalq və yerli qurumların peşəkar mütəxəssisləri insan resurslarının idarəçiliyi üzrə ən yaxşı təcrübəni paylaşacaqlar. Sammit zamanı spikerlər işçi sayının optimallaşdırılmas...
Cəmiyyət
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib.  BakuCity.az xəbər verir ki, yığıncaqda Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA rəhbərliyi iştirak edirlər. Ümumi yığıncaqda AMEA prezidenti vəzifəsinə seçki keçirilib. Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə R.Mehdiyevin namizədliyini təkli...
Cəmiyyət
Bakıda xarici ölkələrdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə xammal və qablaşdırma paketləri gətirməklə qanunsuz fəaliyyət göstərən sexlər aşkar edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, həmin sexlərdə kustar üsulla pis keyfiyyətli kontrafakt tələbat məhsulları istehsal edilərək müxtəlif satış mərkəzlərinə paylanıb. Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2090-cı məhəllədə yerləşən fərdi sahibkar Tarverd...
Cəmiyyət
"Azərbaycan Hava Yolları" (AZAL) “Payız endirimləri” çərçivəsində aviabiletlərə endirim kampaniyası elan edir. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, 2019-cu il 23-31 oktyabr tarixləri aralığında aviabiletlər uçuşdan 72 saat öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq (qiymətlər Bakıya və geri istiqamətdə gediş-dönüş olmaqla göstərilib): • Küveyt – 159 avro• Antalya – 169 avro...
Cəmiyyət
Yaxın vaxtlarda Bakıda ilk dəfə olaraq 5G şəbəkəsinin sınaqları aparılacaq. BakuCity.az xəbər verir ki, bunu "APA-Economics"ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər. Bildirilib ki, artıq bir həftədir Çinin “Huawei” şirkəti ilə belə bir eksperimental zona Heydər Əliyev Mərkəzində yaradılıb: "Hazırda bu şəbəkənin istismara verilməsi məqsədilə müvafiq qanunvericilik hazırlanır. Bu işlər hələ ilkin mərhələdədir. Paralel olaraq sahə ü...
Hakimiyyət
Prezident İlham Əliyev Mikayıl Çingiz oğlu Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. BakuCity.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə M.Cabbarov İqtisadiyyat naziri təyin edilib. Qeyd edək ki, sabiq təhsil naziri M.Cabbarov İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi (2009-2013-cü illərdə) vəzifəsində də çalışıb. BakuCity.az
Hadisələr
Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir. BakuCity.az xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri qəzanın baş verdiyi ehtimal olunan koordinatlarda axtarışlar aparır. Həmçinin oxu: Bakıdan dənizə çıxan 4 balıqçı itkin düşüb - Helikopterlə axtarırlar Eyni zamanda, Kiçikhəcmli Gəmilərə Nəzarət və...
Hadisələr
Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, üç qız Heydər Əliyev prospektində yolu keçməyə çalışır. Bu zaman orta yoldakı sol zolaqla hərəkətdə olan avtomobil onları vurur. Həmçinin oxu: Bakıda sənədsiz sürücü qırmızı işıqdan keçdi, qəza törətdi - FOTO + VİDEO Qızlardan biri avtomobilin altında qalır. Digər ikisi isə yüngül xəsarətlə canını qurtarır. Qeyd edək ki, h...