70 yaşlı qadının meyiti yaşadığı evdə aşkarlanıb
Paytaxtın Xətai rayonu, Telnov küçəsində qətl hadisəsi baş verib.
Bakucity.az APA-ya istinadən xəbər verir ki, 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovnanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar qablaşdırılaraq götürülüb və müvafiq ekspertizalar təyin edilib.
Həmçinin oxu: Güneldən daima pul istəyirdi - Bakıdakı qətlin təfərrüatı
Araşdırmalar nəticəsində 70 yaşlı Qreçneva Valentina Aleksandrovnanın gəlini tərəfindən qətlə yetirildiyi məlum olub. Gəlini onun başına küt alətlə vuraraq öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bakucity.az