Bakıda avtomobil gənc qızı belə vurub öldürdü - ANBAAN VİDEO

Bakıda avtomobil gənc qızı belə vurub öldürdü - ANBAAN VİDEO, Seymur

Sürücü işıqforun qırmızı işığına məhəl qoymur

Bir neçə gün əvvəl Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzasının görüntüləri yayılıb.

Bakucity.az xəbər verir ki, hadisənin görüntülərini Criminal.az saytı yayıb.

Xatırladaq ki, hadisə sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verib. Ramal Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 25 yaşlı Gülgün Əmiraslanlını vurub.

Həmçinin oxu: “Maserati” ilə qızı vurub öldürdüyü deyilən sürücü danışdı - VİDEO

Kadrlardan da görünür ki, gənc qız işıqforun yaşıl işığıının yanmasını gözləyir və avtomobillərin hərəkəti dayandıqdan sonra yolu keçmək istəyir. 

Bu zaman işıqforun qırmızı işığına məhəl qoymayan və yüksək sürətlə hərəkət edən “Volkswagen Passat” gənc qızı vurur. Zərbənin təsirindən piyada hadisə yerindən bir neçə metr kənara düşürr və aldığı xəsarətlərdən dünyasını dəyişir.

Faktla bağlı cinayət işi başlanıb. R.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Bakucity.az

Bakı qəza piyada Gülgün
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər