Bakıda “Beynəlxalq Pərakəndə Konqres”i keçiriləcək

Bakıda “Beynəlxalq Pərakəndə Konqres”i keçiriləcək

Konqres “Bakı Bulvar Otel”də baş tutacaq

Pərakəndə sektorunun səbirsizliklə gözlədiyi "Beynəlxalq Pərakəndə Konqres"i “FA International Trade Events” MMC-nin təşkilatçılığı ilə21-23 noyabr tarixlərində ölkənin ən böyük konfrans oteli olan “Bakı Bulvar Otel”də keçiriləcək.  

Tədbirin direktoru Aytən Hüseynlinin Bakucity.az-a verdiyi məlumata görə, konqres əsas missiyası pərakəndənin aktiv və önəmli oyunçuları arasında qurulan biznes əlaqələrini gücləndirmək və yeni əlaqələrin qurulmasına dəstək verməkdir:

“Pərakəndənin önəmli oyunçularını bir araya gətirəcək tədbirin iştirakçıları arasında qida və içki, moda və dekorasiya, konstruksiya, sağlamlıq və gözəllik, bank kimi sektorlardan və holdinq, supermarket, həmçinin iri həcmli şirkətlərdən dəyərli nümayəndələr yer almaqdadır”.

Qeyd edək ki, "Beynəlxalq Pərakəndə Konqresi"nin proqramına xüsusi diqqətlə planlaşdırılmış tədbirlər daxildir. Tədbir iştirakçıları 3 məhsuldar gün ərzində, yeni biznes əlaqələri inkişaf etdirməklə bərabər, bazarın önəmli trendləri ilə tanış olaraq şəxsi bizneslərini böyütmə imkanı əldə edəcək. Konqres yalnız korporativ şəxslər üçün nəzərdə tutulub.

Konqresin proqramı:

·21 Noyabr – “Retail Study Tour” (əsas pərakəndə mərkəzlərinə tur və Milli Restoranda nahar;

·22 Noyabr - Konfrans və Sərgi (Bakı Bulvar Oteli) və “Retail Therapy Party” (Chicago Club)

·23 Noyabr – “Workshop + C-level Program” (Limitsiz B2B görüşlərinin təşkili)      

Biletlərlə buradan tanış ola bilərsiniz: https://www.internationalretailcongress.com/book

Tədbirin informasiya tərəfdaşı bakucity.az saytıdır.

Ramilə Qardaşxanqızı

Bakucity.az

konqres
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər