Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yaydı
Bakıda 12 km-ə yaxın uzunluğa malik daha 11 küçədə təmir-tikinti işlərinə start verilməsi nəzərdə tutulur.
Bakucity.az həmin küçələrin siyahısını təqdim edir:
Məzahir Rüstəmov küçəsi – 1.4 km;
Qaçaq Nəbi küçəsi – 0.7 km;
Əliağa Şıxlinski küçəsi – 1.9 km;
Oksigen küçəsi – 0.6 km;
Natiq Əliyev küçəsi – 0.15 km;
İzzət Orucov küçəsi – 0.4 km;
İnqlab İsmayılov küçəsi – 4 km;
Kamandar Əhmədov küçəsi – 0.15 km;
Abdulla Rəhimov küçəsi – 0.95 km;
Yavər Əliyev küçəsi – 0.6 km;
Zeytun sovxozuna gedən yol – 0.85 km.
Təmiri aparılan və nəzərdə tutulan küçələr Xətai rayonunda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.
Bakucity.az