Qida Təhlükəsizlik Agentliyi araşdırma aparır
Bakıda məşhur “BİR-İKİ” dönərxanada baş vermiş zəhərlənmə hadisəsi ilə əlaqədar bağlanıb.
Bakucity.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Agentliliyn əməkdaşları hazırda faktla bağlı araşdırma aparırlar:
“İctimai iaşə müəssisəsində istifadə olunan qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub.
Həmçinin oxu: Bakıda 12 nəfərin zəhərlənməsinə görə dönərxana sahibi tutuldu
Araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlərlər görüləcək”.
Qeyd edək ki, sosial şəbəkədə tez-tez “BİR-İKİ” dönərxanada zəhərlənmələrlə bağlı məlumat yayılırdı. Bunun səbəbi köhnə ət və tərəvəzlərdən hazırlanan dönər olub.
Bakucity.az