Bakıda “Azərbaycanda Rusiya filmləri həftəsi”nə start veriləcək - FOTO

Bakıda “Azərbaycanda Rusiya filmləri həftəsi”nə start veriləcək - FOTO

Nizami Kino Mərkəzində  bir-birindən maraqlı filmlər nümayiş olunacaq

Bakucity.az xəbər verir ki, 23 sentyabr saat 19:00-da Nizami Kino Mərkəzində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyi, Rusiyanın “Kinofest” Prodüser Mərkəzi, Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Rusiya filmləri həftəsinin açılış mərasimi keçiriləcək.

Açılış mərasimində  Rusiya  kinematoqrafiyasının  simaları və “Kinofest” Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcək.

Açılış mərasiminin rəsmi hissəsindən sonra  rejissor Anar Abbasov 2019-cu ildə  çəkdiyi  “Bitva”  bədii filmini  tamaşaçılara təqdim edəcək. 

Nümayiş olunacaq filmlər:

- “Tanki” - Rejissor Kim Drujini (24 sentyabr/20:00)

- “Domovoy” - Yevgeniy Bederev (25 sentyabr/20:00)  

- “Doroqoy papa” - Rejissor Mixail Rasxodnikov (26 sentyabr/20:00) 

- “Lyubovnitsı” - Rejissor Yelena Xazanova (27 sentyabr/14:00)

- “Spasti  Leninqrad” - Rejissor Aleksey Kozlov (28 sentyabrın/12:00)

- “Davay razvedemsa” - Rejissor Anna Parmas (29 sentyabr 20:00) 

Filmlər Nizami kino Mərkəzinin  böyük zalında nümayiş olunacaq. Giriş sərbəstir.

Həmçinin oxu:Pərdələri qaldırın: Bakıda yeni teatr mövsümü başlayır - QİYMƏTLƏR

YARAT Müasir İncəsənət Mərəzində sentyabrın 24-də “Van Qoqi” filmi, 27-də “Voyna Annı”, 28-də “Veçnaya jizn Aleksandra Xristoforova” filmləri nümayiş olunacaq.

Seanslar saat 19:00-da başlayır. Giriş sərbəstdir.

Ramilə Qardaşxamqızı

Bakucity.az

film həftəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər