Avropa Liqasının qrup mərhələsinə start verilir
Bu gün, sentyabrın 19-da, Azərabaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.
Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda İspaniyanın “Sevilya” komandasını qəbul edəcək.
Həmçinin oxu: “Sevilya” Bakıdadır – Anşlaq olacaq – VİDEO
Qarşılaşma Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.
Azarkeşlər altıncı dəfə Avropanın yaşıl meydanlarında mübarizə aparan ağdamlılardan bu mövsüm yaxşı nəticə gözləyirlər. Onlar “Qarabağ”ın ən azı qrup mərhələsini adlayacağına inanırlar.
Bakucity.az-ın əməkdaşları şəhər sakinlərinin bugünkü oyunla bağlı fikirlərini öyrənib.
Qeyd edək ki, A qrupunda yer alan “Qarabağ”ın rəqibləri “Sevilya” (İspaniya), APEOL (Kipr) və “Dudelanj”dır (Lüksemburq).