Bakıda yol polisinə tabe olmayan piyada həbs edildi - VİDEO

 Bakıda yol polisinə tabe olmayan piyada həbs edildi - VİDEO , Seymur

Piyada üzrxahlıq etmək əvəzinə özünü haqlı çıxartmağa çalışıb

Bakıda yol hərəkəti qaydaları kobud şəkildə pozan piyada həbs edilib. 

Bakucity.az Avtosfer.az-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Orxan Məmmədli Heydər Əliyev prospektində qadağan olunmuş yerdən yolu keçib.

Yol polisinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayan piyada həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atıb.

Həmçinin oxu: Bakıda yol polisini təhqir edən sürücü ilə bağlı qərar verildi - VİDEO

YPX əməkdaşları ilə mübahisə edərək qarşı tərəfə keçən zaman digər yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Vətəndaş burada da tabesizlik göstərib. Nəticədə saxlanılan şəxs barəsində toplanmış materiallar Səbail rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə o, 30 gün müddətində inzibati qaydada həbs edilib.

Bakucity.az

Bakı piyada yol polisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər