Qəza zamanı daha iki nəfər yaralanıb
Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Səhiyyə Nazirliyindən Bakucity.az-a verilən məlumata görə, hadisə Maştağa qəsəbəsi (Kirov dairəsi adlandırılan) ərazisində qeydə alınıb.
Qəza zamanı “VAZ 2106”lə “Mercedes” markalı avtomobil toqquşub.
Nəticəsində “VAZ 2106”nı sürücüsü 79 yaşlı Hidayət Fəttahov aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Onun həyat yoldaşı 71 yaşlı Fəttahova Ətayə Nuhbala qızı sağ baldırın kəsilmiş yarası, “Mercedes”in sürücüsü 37 yaşlı Həsənov rafiq isə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bazu sümüyünün əzilməsi diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Hazırda müalicələri davam edir.
Faktla bağlı araşdırma aparılır.
Bakucity.az