Polis xüsusi əməliyyat keçirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Bakıda bir qrup oğrunu zərərsizləşdiriblər.
Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakinləri əvvəllər Rusiyada məhkum olunmuş 1980-ci il təvəllüdlü Xəlilov Cavid Mürşüd oğlu, əvvəllər oğurluğa görə mühakimə olunmuş 1995-ci il təvəllüdlü Musayev Nail Cəmil oğlu və Göyçay rayon sakini 1989-cu il təvəllüdlü Qəhrəmanov Elgün Zahil oğlu tutulub.
Həmçinin oxu: Bakıda “Zoo” mağazada oğurluq - VİDEO
Məlumata görə, onlar bu il iyulun 7-də törədilən Türkiyə vətəndaşı, iş adamı Sinan Mustafanın mənzilindən oğurluqda ittiham olunurlar.
Oğrular mənzilə pəncərədən girib və 2300 manat pul, qızıl-zinət əşyaları və mobil telefon aparıblar. Onlar oğurlanan qızılları lombarda qoyublar və əldə olunan gəliri öz aralarında bölüblər.
Hazırda saxlanılan şəxslərin digər əmlak cinayətlərində iştiraklarını müəyyənləşdirmək üçün yoxlama aparılır.
Bakucity.az