Bakıda restoranların birində endirim kampaniyası zamanı maraqlı hadisə baş verib.
Bakucity.az xəbər verir ki, 91 yaşlı qadın “Papa John`s” restoranlar şəbəkəsində “Yaşın qədər % endirim – Ad günündə bizimlə ol” adlı kampaniyadan yararlanıb.
1928-ci il təvəllüdlü Fəxrəndə Sadıqova sentyabrın 19-da doğum günündə restorana gəlib və 91% endirim alıb. F.Sadıqovanın bu yaşda restorana gəlib kampaniyadan istifadə etməsi digər müştərilərin marağına səbəb olub.
Saytımıza açıqlamasında Fəxrəndə Sadıqova tez-tez pizza yediyini bildirib:
“Bu gün bura məni nəvələrim gətirib, çox sağ olsunlar ki, tez-tez gətirirlər və bura mənim çox xoşuma gəlir! 100 yaşımı da burada keçirəcəyəm, söz veririəm”!
Qeyd edək ki, kampaniyanın şərtlərinə əsasən, faiz endirimi ad günü olan şəxsin yaşına bərabərdir. Bundan əlavə doğum günü olan şəxs, şəxsiyyətini təsdiq edən sənədi gələrkən təqdim etməlidir.
Bakucity.az-ın redaksiyası Fəxrəndə Sadıqovaya uzun ömür və möhkəm can sağlığı arzulayır. Arzu edirik ki, üzünüzdəki gülüş bir ömür boyu sizi tərk etməsin.