Bakıda taksi sürücüsü yol polisinə hücum etdi - VİDEO

Bakıda taksi sürücüsü yol polisinə hücum etdi - VİDEO

Məhkəmənin qərarı ilə Orxan Məmmədli 30 gün müddətində inzibati qaydada həbs edilib

Bakıda taksi sürücüsü ilə yol polisi əməkdaşı arasında dava baş verib.

Bakucity.az xəbər verir ki, hadisənin görüntülərini Avtosfer.az saytı yayıb.

Bildirilir ki, hadisə Niyazi küçəsindən sola Prezident Adminstrasiyası istiqamətində dönmək istəyən 1991-ci il təvəllüdlü, Orxan Məmmədli orda xidmət aparan YPX əməkdaşlarının göstərişinə tabe olmayıb. 

Yol polisləri ona sağa hərəkət etməyi göstərsələr də sürücü təxminən bir dəqiqə ərzində avtomobili ərazidə saxlayıb.

Həmçinin oxu: Bakıda ağır qəza kameraya düşdü - ANBAAN VİDEO

Sonra isə qəfildən avtomobildən düşərək yol polislərinə hücum edib. YPX əməkdaşı onu sakitləşdirməyə çalışsalar da Orxan Məmmədli müqavimət göstərib. Sonda yol polisləri onu kənara çəkərək saxlamağa nail olub. Digər YPX əməkdaşı isə avtomobili təhlükəsiz əraziyə çəkərək sıxlığın qarşısını alıb. 

Sürücü barəsində toplanmış materiallar baxılması üçün Səbail rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə Orxan Məmmədli 30 gün müddətində inzibati qaydada həbs edilib.

Bakucity.az

Bakı taksi sürücü yol polisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər