Bakıda “burun sifarişi” - QİYMƏTLƏR + HƏKİM MƏSLƏHƏTİ

Əməliyyat neçəyə başa gəlir?

Rinoplastika Azərbaycanda ən çox müraciət edilən əməliyyat növüdür. Son zamanlar rinoplastikadan ölənlər barədə xəbərlər də tez-tez yayılır. Burunun estetik əməliyyatı daha çox hansı hallarda ölümlə nəticələnir? Pasiyent hansı müayinələrdən sonra əməliyyat olunur? 

Bakucity.az-ın bu və digər suallarını “Baku Medical Plaza”nın plastik, estetik və rekonstruktiv cərrahı Rauf Kərimov cavablandırıb. 

“30 min insandan birinin ölməsi normaldır”

Rauf Kərimovun dediyinə görə, ölüm hadisəsi bütün növ burun əməliyyatlarında olur, və bu normaldır. Amma ölüm halları eyni klinikalarda, eyni cərrahların əlində və 100 xəstədən birində baş verirsə, deməli həyəcan siqnalını çalmaq lazımdır: 

“Nə qədər yaxşı cərrah olsan da, səhvsiz iş təcrübəsi mümkün deyil. Rinoplastika əməliyyatında 100 xəstədən birində mütləq hansısa problem yarana bilər və onu da yenidən korreksiya etmək mümkündür. Bakı klinikalarında il ərzində təxminən 12 min insan əməliyyat olunur. Həkim səhvini və sair halları saymasaq, 2 il ərzində əməliyyat olunan 24-30 min insandan birinin ölməsi normaldır, çünki bu insanların hamısı anasteziyaya eyni reaksiya verə bilməz. Amma 100 xəstədən biri ölürsə, bu artıq normal deyil. 

Burunda aparılan əməliyyatlara gəlincə, Septoplastika - çəpər əyriliyi əməliyyatı (burunda heç bir estetik görünüş dəyişdirilmir), Rinoplastika – burunun estetik əməliyyatı (burun görünüşü dəyişdirilir) və Septorinoplastika – həm çəpəri düzəldir, həm estetik görünüşü dəyişir. Bu əməliyyatların hamısının ölüm riskləri var. Bütün bunlar təbii ki, cərrahın, anastezioloqun təcrübəli olmağından, xəstəxananın reanimasiya şəraitindən də asılıdır”. 

Həmçinin oxu: Bakıda boşanmalar: Səbəb və nəticə

Pasiyent hansı müayinələrdən sonra əməliyyat olunur? – sualına cavabında R.Kərimov qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən verilən tam müayinəyə ürəyin elektrokardioqramması (EKQ), ağ ciyərin rentgeni, qanın ümumi analizi – laxtalanması, şəkəri və infeksiyaların yoxlanılması daxildir:

“Sadəcə bizim səhiyyədə deyil, bütün dünyada eyni müayinələrdən sonra xəstəlik tarixçəsi açılır və pasiyent əməliyyata götürülür. Heç bir baş həkim cəsarət eləməz ki, xəstəni müayinə etməmiş əməliyyata götürsün, amma yenə də ölüm hadisəsi baş verə bilər. Çünki məlum olur ki, həmin xəstədə beyin şişi olub. Pasiyentlərə necə deyək ki, nazirliyin tələb etdiyi analizlərdən əlavə beyin, qarın, ağ ciyər tomoqrafiyası da etdirmək lazımdır?

Təkcə bu müayinələrdən keçmək, əməliyyatın qiyməti qədər pul tələb edir. Bunlarla da bitmir. Sağlamlığın tam təsdiq olunması üçün onlarla analiz növü var. Ümumiyyətlə, pasiyentin ölümü göstərişlərə düzgün riayət etməməsi, həmçinin toxuması ilə bağlı və yaxud əməliyyat anında həkimin etdiyi ən xırda diqqətsizlik nəticəsində keçən infeksiyadan və s.  kimi hallardan da baş verə bilər. Ancaq əməliyyatı mütəxəssis edirsə, düzəlməyəcək fəsadlar olmamalıdır”. 

"Burunlar bir-birinə bənzəmir"

Cərrah bir neçə il əvvəl olunan əməliyyatlar nəticəsində şəhərdə çoxalan bənzər burunlarla bağlı da fikir bildirib. Onun sözlərinə görə, artıq plastik cərrahiyyə texnikası yüksək səviyyədə inkişaf edib və əməliyyat olunan burunlar bir-birinə bənzəmir:

“Müqayisə üçün digər xəstələrə ehtiyyac yoxdur, bizim xəstəxanada çalışan tibb bacılarının əksəriyyətini mən əməliyyat eləmişəm və heç birinin burnu digərinə bənzəmir. Çünki bu gün tibb elə inkişaf edib ki, hər şey etmək mümkündür. Artıq bizim xüsusi əməliyyat alətlərimiz var. Əvvəllərdə açıq və qapalı əməliyyatlar üçün xüsusi imkanlar var, amma hazırda qapalı əməliyyat üçün texnika daha fərqli olub.

Həmçinin oxu: Bakıda liposaksiya əməliyyatı – ARAŞDIRMA/QİYMƏT

Hər cərrah uğurlu əməliyyat üçün öz texnikasını seçə bilir. Mən açıq rinoplastikanı seçirəm, açıq əməliyyat elədiyim zaman  qapalı əməliyyatın yeniliklərindən də öz işimdə istifadə edirəm. Təbii ki, bütün bunlar mükəmməl iş üçün edilir. Əvvəllər xəstələri əməliyyatdan sonra bir gün xəstəxanada saxlayırdıq, indi isə əməliyat səhər olunur xəstə axşam evə buraxılır. Bütün bunlar hamısı texnikanın inkişafı nəticəsində baş verir”.

“Burun əməliyyatı üzü ən çox dəyişən əməliyyatlardandır”

Bu gün 70% qadınlar rinoplastika etdirirsə, 30%-də kişilər bu əməliyyata müraciət edir. 

“Daha çox 20-30 yaş arasında kişilər müraciət edir, amma 40-45 yaşında kişi pasientlərim də olub. Bizə daha çox burunlarını bəyənməyən 17-20 yaşlı gənc qızlar, 30 yaş üzərində ailə qurmaq istəyən və boşanmış xanımlar olur. Hətta, mənim 58-60-62 yaşlarında əməliyyat elədiyim xəstə olub. Burun əməliyyatı insanı o qədər dəyişir ki, pasiyent tam sağaldıqdan sonra yanına gələndə onu tanımırsan. Dəyişiklik istəyən insanlar bu fürsətdən artıqlaması ilə yararlanmağa çalışırlar. Əvvəllər klinikada həftədə iki əməliyyat olurdusa, indi günə iki əməliyyat olur”, - Rauf Kərimov davam edir. 

Rinoplastikaya təlabatın çoxalması qiymətlərin bahalaşmasında da özünü göstərir

Mütəxəssisin sözlərinə görə, əvvəllər bu əməliyyat 1200-1500 manata başa gəlirdisə, indi təxminən 2500-3000 manata başa gəlir. Çünki əməliyyat çox olduqca, xəstəxananın tələbləri də artır, cərrah fiziki olaraq çatdıra bilmir, qiymət məcburən bahalaşır:

"Qiymətin baha olması, əməliyyat edən cərrahdan da asılıdır. Məsələn, mən 15 il bu sahədə təcrübə toplamışam və artıq istəyirəm ki, həftədə yalnız beş əməliyyat aparam. Bir əməliyyatın qiyməti 2500 manatdır və beş əməlyatdan qazancım mənim üçün yetərlidir. Bir əməliyyatı 1500 manata etsəm, gərək hər həftə 20-30 əməliyyata girəm. Bu zaman da 5 il sonra mən bu dünyada olmayacam. Çünki fiziki olaraq bu yükü qaldıra bilmərəm, ona görə də bütün dünyada belədir, həkimin təcrübəsi nə qədər çoxalırsa, qiyməti də o qədər yüksəlir.

Həmçinin oxu: Bakıda boşanmaq neçəyə başa gəlir? – QİYMƏTLƏR

Faciə ilə nəticələnən əməliyyatların bir qismini də bu məqamla əlaqələndirmək olar. Çünki cərrah fiziki cəhətdən nə qədər çox yorğun olursa, əməliyyat prosesində bir o qədər çox səhvə yol verir. Bir cərrah səhər saatlarından gecəyə qədər işləyəcəksə, o zaman əlbəttə ki, müxtəlif neqativ hallar baş verəcək. Mən çalışıram gün ərzində ikidən çox əməliyyat etməyim və özümü nə qədər məcbur etsəm üç əməliyyatdan çox edə bilərəm.

Problemsiz əməliyyatlar mütəxəssisdən asılı olaraq hər yerdə edilir. Ümumiyyətlə, anadangəlmə, yaxud qazanılmış deformasiyalar nəticəsində nəfəsalmada problem və ya görünüşdə ciddi qüsurlar yoxdursa, bu əməliyyat barədə dəfələrlə düşünməyi məsləhət görürük”, - deyən Rauf Kərimov fikrini belə tamamlayıb:

“Yaxşı cərrahlar bütün klinikalarında fəaliyyət göstərir. Ancaq mütəxəssis axtararkən, ilk olaraq onun fəaliyyətini araşdırmaq, sonra əməliyyata qərar vermək lazımdır. Səhv seçimlər zamanı əməliyyatdan sonra nəfəsalmada problem yarana, burunda əyrilik qala, çöküntü ola bilər”.

Rinoplastika – dünyada ən məşhur plastik əməliyyat növüdür və bu üsulla əsasən burunun anadangəlmə və ya qazanılmış deformasiyalarının düzəldilməsi, olmayan burnun tam bərpa edilməsi həyata keçirilir. Cərrahların fikrincə, uzunmüddətli fəaliyyət nəticəsində əldə olunan praktika onu göstərir ki, hər bir əməliyyat pasiyentin üz quruluşuna uyğun ölçülərdə aparılmalıdır. 

Mütəxəssislərin fikrincə, dünyada 6800-dən çox plastik və rekonstruktiv cərrahiyyə əməliyyatı var. Bu əməliyyatların kosmetik cərrahiyyə hissəsi siyahının 25%-ni təşkil edir, qalanı rekontruksiyadır. Belə ki, müxtəlif qəzalar zamanı sinirlər zədələnir, vətər kəsilir, toxumalar qopur və s. Anadangəlmə deformasiyalar – dovşandodaq, qurdağızlıq kimi hallar isə öz yerində. Bu əməliyyatlar rekonstruktiv plastik cərrahlar tərəfindən həyata keçirilir, sonra insanlarda illərlə formalaşmış funksional qüsurlarla yanaşı, psixoloji problemlər də aradan qalxır. 

Sonda paytaxtda fəaliyyət göstərən müxtəlif klinikalarda rinoplastika əməliyyatının qiymətlərini təqdim edirik:

Klinika

Həkim

Qiymət

“Qələndər” Klinikası

Azərbaycanlı həkim

1000-2000 AZN


“Baku Medical Plaza

Azərbaycanlı həkim (sadə əməliyyat)

2300-2500 AZN

Azərbaycanlı həkim (rekonstruksiya)

3000-3500 AZN

“HB-Güvən” Klinikası

Azərbaycanlı həkim (sadə əməliyyat)

2000 AZN

Azərbaycanlı həkim (rekonstruksiya)

6000 AZN


Mərkəzi Klinika

Azərbaycanlı həkim

1300 AZN

Türk həkim

2500-3000 AZN

Mərkəzi Gömrük Hospitalı

Azərbaycanlı həkim

1100-1800 AZN

Xətai Estetik Klinikası

Türk həkim

1800-2000 AZN

Bakı Tibb Mərkəzi

Azərbaycanlı həkim

1500-1600 AZN

Mərkəzi Nefçilər Xəstəxanası

Azərbaycanlı həkim

1100-1500 AZN

“Vital” Klinika

Azərbaycanlı həkim

1200-1300 AZN

“Spero Hospital

Azərbaycanlı həkim

900-1600 AZN

Ramilə QARDAŞXANQIZI

Bakucity.az

Bakı rinoplastika əməliyyat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bunlar ƏDV-dən azad olunacaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bəzi vergi ödəyiciləri müvafiq müddətə ƏDV-dən azad edilir. BakuCity.az-ın məlumatına görə, bu barədə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlarda bildirilib. Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də planlaşdırılır. Bəzi məhsulların idxalının və satı...
Cəmiyyət
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi əlcəklərin istifadəsi ilə bağlı məlumat yayıb. BakuCity.az xəbər verir ki, məlumatda son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsinin gündəmdən düşmədiyi qeyd olunub. Bildirilib ki, bəzi vətəndaşların tibbi əlcəklərdən düzgün istifadə etməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılan “əlcəklər” mənzərəsi narahatlığa səbəb olub: "Bunu nəzərə alaraq əhali üçün akt...
Ekologiya
Xəzər dənizində zəlzələ olub Respublika Seysmoloji Xidmət Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:20-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.1, dərinliyi 28 km olub. BakuCity.az
Cəmiyyət
Ölkə daxilində koronavirusa yoluxma hallarının minimuma endirilməsi üçün işlər görülür. Təxminən bir həftə əvvəl Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, sərnişinlərin daşınması üçün avtobusların sayı artırılacaq. Həmçinin, avtobuslarda olan yer qədər sərnişin daşınmasına icazə veriləcək. Lakin bugünkü mənzərə onu göstərir ki, sərnişindaşımada ara məsafəsinin saxlanılması tələbinə riayət edən, demək olar ki, yoxdur. Ekspres və müntəzəm marş...
Cəmiyyət
Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi, müştəriləri cərimələyib. Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamin pozulması hallarına rast gəlinməkdədir.  Daxili İşlər Nazirliyindən (DİN) BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazis...
Cəmiyyət
Xüsusi karantin rejimini pozanlarla bağlı DİN açıqlama verib Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tədbirlər mütəmadi olaraq davam etdirilir. Nazirlikdən BakuCity.az-a bildirilib ki, xüsusi karantin rejimi...
Ekologiya
Aprel ayına olan hava proqnozu açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, aprel  ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur.  Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlə...
Cəmiyyət
Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlanıb Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. BakuCity.az
Cəmiyyət
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”...