Bakı sakinlərinə xəbərdarlıq – Hava kəskin dəyişir

Bakı sakinlərinə xəbərdarlıq – Hava kəskin dəyişir, Seymur

Bakıda güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edilib

Bakucity.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, sentyabr ayının 21-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Bakıda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq:

Həmçinin oxu: Sabah Bakıda yağış yağacaq

“Güclü küləyin əsməsi ilə əlaqədar vətəndaşlarımıza müraciət edirik ki, ehtiyatlı olsunlar. Güclü külək nəticəsində irigövdəli ağacların, onların budaqlarının aşma, sınma təhlükəsi var. Ona görə vətəndaşlarımıza tövsiyə edirik ki, diqqətli olsunlar, ağacların altında durmasınlar, maşınları saxlamasınlar. Uşaqları küləkli havada nəzarətsiz həyətə buraxmasınlar. Bir daha əhalini ehtiyyatlı olmağa çağırırıq”.

Bakucity.az

Bakı külək hava xəbərdarlıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər