Bakı sakini “KaMAZ”ın altında qalaraq ölüb - VİDEO

Bakı sakini “KaMAZ”ın altında qalaraq ölüb - VİDEO, Seymur

Ölən şəxs sərxoş vəziyyətdə olub

Paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakucity.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Yelsevic Yuri Aleksandroviç qəfildən prospekt ərazisinə çıxıb.

Həmçinin oxu: Bakıda qırmızı işıqdan keçən xanım sürücü ağır qəza törətdi - FOTO

“KaMAZ” markalı yük avtomobilinin sürücüsü onu vurmaqdan yayınsa da, Y.Yelsevic yük avtomobilinin arxa təkərlərinin altına düşüb. Nəqliyyat vasitəsi onun üzərindən keçib. Nəticədə piyada hadisə yerində ölüb.

İlkin araşdırma zamanı məlum olub ki, ölən şəxs sərxoş vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Bakı qəza Kamaz sərxoş
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər