Bakıda kitab mədəniyyəti - Uşaqlar hansı kitablara üstünlük verir?

Oxumaq, oxumaq, yenə də oxumaq...

Bakının mərkəzi küçələrində çox sayda kitab mağazalarına rast gəlmək olur. Böyük əksəriyyəti dizaynı və kitablarının rəngarəngliyi ilə göz oxşayır. Bəs bu kitabların alıcısı nə qədərdir? Balacalar əsasən hansı kitablara üstünlük verir?

Bakucity.az-ın suallarını “Ali və Nino” kitab mağazasının satış üzrə meneceri Lalə Rəhmanova cavablandırdı:

- Çox sevindirici haldır ki, artıq valideynlər öz uşaqlarına oyuncaqla yanaşı kitab da seçirlər. Bu, deyərdim ki, xeyli sayda əyləncəli-öyrədici, eyni zamanda uşaqların diqqətini çəkə bilən parlaq illustrasiyalı kitabların satışa çıxması ilə əlaqədardır. Azyaşlı oxucularımızın hal-hazırda marağı daha çox fantastika janrında olan kitablaradır deyə, “Persi Cekson”, “Harri Potter” seriyaları və s. daha çox sevilir. 

Heç şübhəsiz ki, bir çoxlarımızın diqqətindən yayınmayan bir detal da kitablara endirim kampaniyalarıdır. Görəsən, bu endirimlər hansı şərtlər çərçivəsində müəyyənləşdirilir? Ən çox alınan, yoxsa əksinə, tələbat olmayan? 

- Müəyyən aralıqlarla daima təkrarladığımız endirimlər əsasən təlabat üzərində qurulur. Məqsədimiz kitabsevər insanları kitaba daha yaxın etmək, kitaba sevginin miqyasını genişlətməkdə qatqımızın olmasıdır. Kampaniyalar zamanı hətta E.Remark, L.Tolstoy, H.Hesse kimi daimi təlabat olan yazarların əsərlərini belə 50-70 % endirimlərlə təqdim edirik. Endirim günləri limitli olduğundan biz buna sadəcə oxucular üçün xoş fürsət kimi yanaşırıq və çalışırıq ki, endirimlər həm çeşid bolluğu, həm də zövq müxtəlifliyi əsasında tərtib olunsun.

Kitab bazarında yaranan canlanma kitabların dizaynı, vərəqlərin keyfiyyətinə görə bir-biri ilə rəqabəti artırır. Rəqabət olan yerdə keyfiyyətli iş olmalıdır. Belə olduğu halda, təbii ki qazanan tərəf alıcı, oxucu kütləsidir. Yaxın bir neçə il öncəyə baxsaq, Azərbaycan uşaq ədəbiyyatı ölmüşdü, basdıranı yox idi. Lakin son zamanlar istər əsər baxımından, istərsə də rəssam, dizayner əməyi baxımından xeyli irəliləyiş var. Bəs bu qədər zəhmətə dəyərmi? Uşaqlar yerli ədəbiyyat alırlarmı, yoxsa dünya uşaq ədəbiyyatına daha çox tələbat var?

- Dünya ədəbiyyatı say baxımından üstünlük təşkil etdiyinə görə, satışın böyük həcmi də məhz onun üzərinə düşür. Lakin, qeyd edim ki, xalq nağıllarımız da öz aktuallığını qoruyur. Bu baxımdan bizim dörd cilddə, rus, Azərbaycan və ingilis dillərində nəşr etdiyimiz “Azərbaycan xalq nağılları” seriyasını misal çəkə bilərəm. Hal-hazırkı uşaq ədəbiyyatının satış statistikasına baxsaq, görərik ki, ön cərgələrdə “Harri Potter”, “Graffity Fals”, “Safdil Qreq” seriyaları, Roald Dahlın, A. Lindqrenin əsərləri yer alır. Daha sonrakı pillələrdə isə ensiklopediyalar (xüsusən 10 yaşdan yuxarı uşaqlarda), öyrədici vəsaitlər (əksərən məktəbəqədər təlim) gəlir.

Həmçinin oxu: Pərdələri qaldırın: Bakıda yeni teatr mövsümü başlayır - QİYMƏTLƏR

Bəs, görəsən, uşaq ədəbiyyatı yazarlarımız bu barədə nə düşünür? Uşaq ədəbiyyatına maraq hansı vəziyyətdədir?

“Tuflinlər” kitabın müəllifi Amin Sükut: 

- Uşaq ədəbiyyatına maraq get-gedə artır, inkişaf edir, lakin bu artım, bu inkişaf ləng artım, ləng inkişafdır. Uşaqları  normativə salıblar, sinifdən xaric oxuya nə vaxt var, nə də maraq. Hekayə-nağıl kitabları oxunur, hətta satılır da. Ancaq uşaq şeirlərinə təlabat çox aşağı səviyyədədir. Bir tərəfdən də “modern uşaqlara” klassik uşaq mətnləri maraqlı deyil. Biz də ciddi cəhdlə çalışırıq mətnləri müasirləşdirək və uşaq dilinə uyğunlaşdıraq. Bu uyğunlaşdırma “cici-bici” tərzində deyil, daha fərqli süjetdə, hətta deyərdim mürəkkəb kompozisiyada olmaldır. 

Uşaq ədəbiyyatı yazarı Sevinc Nuruqızı:

- Müasir dövrdə uşaq ədəbiyyatı hələ də ədəbiyyatın problemli sahəsi olaraq qalır. Bu sahə müəlliflərin diqqətini cəlb etmir, naşirlərin maraq dairəsində deyil, sponsorlara “heç nə vəd etmir”. Uşaq ədəbiyyatı təkcə ədəbi böhran yaşamır, texnologiyaların inkişafi ilə bu ədəbi növ həm də ciddi texnoböhran yaşayır. Ailələrdə kitaba meyl azalır. Uşaq nümunədən bəhrələnəndir. Ailədə mütaliə nümunəsi olmadan uşağı mütaliəyə həvəsləndirmək çətindir. Bütün güc təhsil müəssisələrinə düşür. Yəni bağça, məktəb və s.

Məktəblərdə isə dərs yükünün ağırlığı uşaq ədəbiyyatına vaxt güzəşti etmir... Və nəticədə uşaq ədəbiyyatı xaotik, planlaşdırılmamış, kortəbii şəkildə - bu, ədəbi növdə boşluq hiss edən işbazların, səriştəsiz cızmaqaraçıların, pulu çox və uşaq üçün yazmaq potensialı sıfır olanların əlində oyuncağa çevrilir. Uşaq ədəbiyyatı adı altında nəşr edilən kitabların əksəriyyəti aldadıcı zahiri görünüşdən başqa heç nə vəd etmir. Burada ciddi, istedadlı, qəlbən və ruhən uşaq olmağı bacaran yazarlar barmaqla sayılacaq qədərdir. Uşaq ədəbiyyatı və üstəgəl uşaqlar üçün tərcümə ədəbiyyatı olduqca zəif inkişaf prosesi məqamındadır. Müasir dünya ədəbiyyatı nümunələri tərcümə edilmir və yaxud çox az tərcümə edilir. Bu, sürət dövrünün uşağı üçün mütaliə kasadlığı və ləngiməsi yaradacaq haldır. Və çox təəssüf ki, biz bununla üz-üzəyik.

Ətrafda ən müxtəlif əyləncələri olan uşağa ədəbi nümunənin ən nadirini ən böyük ustalıqla təqdim etmək lazımdır ki, uşaq öz rəngbərəng dünyasından ayrılıb kitaba nəzər salsın, onu əllərinə alsın, onu sinəsinə sıxsın... Və oxusun...

“Donu qırmızı” kitabının müəllifi Sevinc Elsevər:

- Uşaq ədəbiyyatına maraq nə çox yüksək, nə də çox aşağı səviyyədədir. Maraq var, amma təbii ki, azdır. Bu ədəbiyyata maraq göstərən valideynlər o valideynlərdir ki, onlar intellektlidirlər və kitabın dəyərini başa düşürlər ki, kitabla böyüyən uşağın gələcəyi digərlərinə nisbətən daha parlaq olur. Bu cür insanlarımız da nə yazıq ki, azdır. Aşağı yaş qrupuna aid olan uşaqlara kitab alan valideynlər daha çoxdur, nəinki orta yaş qrupuna aid olan uşaqlara. Orta yaş qrupu olan uşağı daha çox qrammatikaya, riyaziyyata, bir sözlə texniki fənlərə yönləndirməyə çalışırlar. Lakin anlamaq istəmirlər ki, uşağa ədəbiyyat da lazımdır. O valideynlərin tək düşündüyü budur ki, uşaqları dərslərdən 5 alsın və 700 bal yığıb ali məktəbə qəbul olsun. 

Problemin digər üzü də odur ki, valideynlər yalnız dərsliyə adı düşən müəllifləri tanıyırlar, və bu kitablarla rastlaşanda almağa çalışırlar. Digərləri haqda isə düşünürlər ki, əlinə qələm düşən kitab yazır. Çox təəssüf ki, günümüzdə Azərbaycan yazıçısına inamsızlıq mövcuddur, və bu fikri cəmiyyətə təbliğ edənlər də nə yazıq ki, ömründə bir kitab belə oxumayan adamlardır. Uşaq kitab istədiyi halda valideynin almamasının da şahidi olmuşam, özü də imkanı ola-ola. Deməyim budur ki, uşaq ədəbiyyatının hazırki durumu bərbaddır. Müəlliflərin kitablarını kitabxanalara paylamırlar ki, uşaq oxumaq istəyəndə pul verib ala bilməsə də, heç olmasa kitabxanadan alıb oxusun.

Arzu Murad

Bakucity.az

Bakı kitab oxumaq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
57 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Bakıda XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi açılıb. BakuCity.az xəbər verir ki, sərgi XX əsrin əvvəllərindən İkinci Dünya müharibəsi dövrünədək yaradılan rəngkarlıq və qrafika əsərləri, o cümlədən ədəbi nümunələr, arxiv sənədləri və xronikanı əks etdirən, dövrün mülahizəsini təqdim edir.  Sərginin ekspozisiyası rəssamlar İsmayıl Axundov, Əzim Əzimz...
İdman
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Kipr təmsilçisi APOEL ilə oyununun biletləri sabahdan satışa çıxarılacaq. BakuCity.az xəbər verir ki, qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 manat olan biletləri saat 12:00-dan etibarən almaq mümkün olacaq. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “Gənclik Mall” və “28 Mall” (iTicket satış məntəqəsi), “Park Bulvar AVM” (iTicket satış məntəqəsi) ticarət mərk...
Cəmiyyət
Azərbaycanın “Buta Airways” aşağı büdcəli aviaşirkəti Yaxın Şərqə daha bir istiqamət üzrə uçuşlara başlayır. “Buta Airways”dən BakuCity.az-a verilən məlumata görə, 30 oktyabr 2019-cu il – 28 mart 2020-ci ilin qış cədvəli çərçivəsində aviaşirkət həftədə iki dəfə – çərşənbə və şənbə günləri olmaqla Bəhreynə birbaşa uçuşlar həyata keçirəcək. Yeni reyslər Azərbaycana əlavə turist axınına şərait yaradacaq. Bəhreyn özü də qədim abidələri, rəngarəng təbiəti və əl...
Mədəniyyət
Bakı tamaşaçısı M.A.P. Beynəlxalq Teatr Festivalı çərçivəsində qeyri-adi performans izləmək imkanı əldə edib. Üç coşqun ispaniyalı əllərində gitara ilə komediyanı ən absurd səviyyəyə çatdırıb. BakuCity.az “Sputnik Azərbaycan”a istinadən məlumat verir ki, özlərini “El Guapo” (Yaraşıqlı), “El Gentelman” (Centlmen) və “El Grotesco” (Gülməli) adlandıran üç ispaniyalı Bakı tamaşaçısı üçün “haşiyələrdən bir az kənara çıxan” şou təqdim edib. Üç ispaniyalı maço hə...
Cəmiyyət
Bakıda 570 güzəştli mənzilin seçimi başa çatıb. Bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb. Agent...
Mədəniyyət
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xorvatiyanın məşhur “Ad Gloriam Brass” ansamlı möhtəşəm konsert proqramı ilə çıxış edib. BakuCity.az xəbər verir ki, konsert proqramı Xorvatiyanın Azərbaycandakı səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib. Xorvatiya səfiri Branko Zebiç tədbirdə çıxışı zamanı Azərbaycan-Xorvatiya münasibətlərinə toxunaraq, ölkələrimiz arasındakı əməkdaşlığın bütün istiqamətlərdə gücləndiyini vurğulayı...
Cəmiyyət
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən ölkə ərazisində ilk dəfə Bakı şəhəri və Abşeron yarımadası ərazisində Avropanın DAB+ (Digital Audio Broadcasting) standartı ilə rəqəmli radionun test yayımı həyata keçirilib.  Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, DAB+ standartlı rəqəmli radionun tətbiqi məqsədilə Bakı Teleqüllə Kompleksində baş stansiya avadanlıqları,...
Siyasət
Oktyabrın 16-da Bakıda Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fonddan BakuCity.az-a verilən məlumata görə, iclasda fond tərəfindən 2019-cu ildə görülmüş işlər barədə, o cümlədən  12-ci qrant müsabiqəsinin nəticələri, Xaricdə Təhsil Proqramı, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti, GəncLik proqramı,...
Hadisələr
Bakıda gizlənpaç oynayan zaman tranformatora girən 9 yaşlı Zəhra Əliyevanın iki ayağı və qolu amputasiya olunub. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Esmira Cavadova sosial şəbəkədə paylaşıb. O bildirib ki, uşağın atası, anası olmadığı üçün əməliyyata razılıq üçün nənəsindən imza alınıb. E.Cavadova yazıb ki, uşaq dəcəlliyinə görə məktəbdən qovulub, özündən böyük qardaşı aradabir gəlib uşağı döyüb gedir, gecələri küçələrdə qalır, bir söz...