Bakının ölümə aparan qaranlıq yolları - VİDEO

Kimlər tədbir görməlidir?

Bakının mərkəzi küçələri günün qaranlıq saatlarında işıqlandırılsa da, təəssüf ki, bunu bütün yollara şamil etmək olmur. Ətraf qəsəbələrdə isə vəziyyət daha da acınacaqlıdır. Müəyyən ərazilər var ki, avtomobillərin intensiv hərəkət etdiyi yollarda belə işıqlandırma yoxdur. Və təbii ki, bu da həmin yollarda qəzaları qaçılmaz edir.

Bakucity.az xəbər verir ki, ARB TV əməkdaşları məsələni araşdırmaq üçün üz tutublar Bakının işıqsız qalan yollarına.

Hal-hazırda Zığ - Hövsan şosesində dirəklərin quraşdırılmasına baxmayaraq heç birində işıq yanmır. Bu yolda sürücülərə çətin anlar yaşadan digər səbəb isə gecə saatlarında dairənin mövcudluğunu göstərən işıq dirəklərinin heç birində işığın yanmamasıdır. 

Yolu tanımayan sürücü üçün bunun nə demək olduğu məlum məsələdir. Bu yoldan mütəmadi istifadə etməyən şəxs son anda gördüyü dairədə qəzadan yayınmaq, yaxud geriyə dönmək üçün qəfl əyləci basır və bu zaman özü ilə bərabər həm də arxada hərəkət edən digər nəqliyyat vasitəsi üçün qəza şəraiti yaratmış olur. 

Zülmət qaranlığa bürünən digər yol isə Abşeron rayonunun Höküməli, Qobu, Güzdək qəsəbələri, eləcə də Qaradağ rayonu istiqamətində gedən magistral yoldur.  Bəs yolların işıqlandırılması işi hansı qurumun üzərindədir? Kim bu işə əncam çəkməlidir?

Həmçinin oxu: Yol polisi qayda pozur, sonra eyni səhvə görə sürücüləri cərimələyir - VİDEO

“Yolda servis tərəfindən işlər tam başa çatmayıb, işlər tam yekunlaşdırıldıqdan sonra işıqlar yandırılacaq. Mərdakan, Qala yolu, dairəvi yol, Hövsan yolu və digər yerlərdə təmir işləri tam başa çatmayıb. Sözügedən yollar bizim idarənin balansına verilmədiyi üçün həmin yerlərdə işıqlar yanmır”, - deyə Bakı Şəhər İşıqlandırma İdarəsinin baş mühəndisi Məhərrəm Babayev bildirib.

Adıçəkilən qurumun - Avtomobil Yolları Dövlət Agentliyinin də məsələ ilə bağlı mövqeyini öyrəndik. Qurum rəsmisi deyir ki, Bakı Şəhər İşıqlandırma İdarəsinin fikirlərilə razılaşmaq mümkün deyil. 

“Düzdür Bakı şəhərində hər yerdə işıqlandırma sistemi yoxdur. Ancaq o bizim xidmətimizdə vəya bizim balansımızda deyil. Yolu biz yenidən qurduğumuza görə o mənada deyirlər ki biz baxırıq”, - deyə Hidayət Rüstəmov – AAYDA-nın rəsmisi vurğulayıb.

Bakı qaranlıq yollar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
29 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Bakıda XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi açılıb. BakuCity.az xəbər verir ki, sərgi XX əsrin əvvəllərindən İkinci Dünya müharibəsi dövrünədək yaradılan rəngkarlıq və qrafika əsərləri, o cümlədən ədəbi nümunələr, arxiv sənədləri və xronikanı əks etdirən, dövrün mülahizəsini təqdim edir.  Sərginin ekspozisiyası rəssamlar İsmayıl Axundov, Əzim Əzimz...
İdman
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Kipr təmsilçisi APOEL ilə oyununun biletləri sabahdan satışa çıxarılacaq. BakuCity.az xəbər verir ki, qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 manat olan biletləri saat 12:00-dan etibarən almaq mümkün olacaq. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “Gənclik Mall” və “28 Mall” (iTicket satış məntəqəsi), “Park Bulvar AVM” (iTicket satış məntəqəsi) ticarət mərk...
Cəmiyyət
Azərbaycanın “Buta Airways” aşağı büdcəli aviaşirkəti Yaxın Şərqə daha bir istiqamət üzrə uçuşlara başlayır. “Buta Airways”dən BakuCity.az-a verilən məlumata görə, 30 oktyabr 2019-cu il – 28 mart 2020-ci ilin qış cədvəli çərçivəsində aviaşirkət həftədə iki dəfə – çərşənbə və şənbə günləri olmaqla Bəhreynə birbaşa uçuşlar həyata keçirəcək. Yeni reyslər Azərbaycana əlavə turist axınına şərait yaradacaq. Bəhreyn özü də qədim abidələri, rəngarəng təbiəti və əl...
Mədəniyyət
Bakı tamaşaçısı M.A.P. Beynəlxalq Teatr Festivalı çərçivəsində qeyri-adi performans izləmək imkanı əldə edib. Üç coşqun ispaniyalı əllərində gitara ilə komediyanı ən absurd səviyyəyə çatdırıb. BakuCity.az “Sputnik Azərbaycan”a istinadən məlumat verir ki, özlərini “El Guapo” (Yaraşıqlı), “El Gentelman” (Centlmen) və “El Grotesco” (Gülməli) adlandıran üç ispaniyalı Bakı tamaşaçısı üçün “haşiyələrdən bir az kənara çıxan” şou təqdim edib. Üç ispaniyalı maço hə...
Cəmiyyət
Bakıda 570 güzəştli mənzilin seçimi başa çatıb. Bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb. Agent...
Mədəniyyət
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xorvatiyanın məşhur “Ad Gloriam Brass” ansamlı möhtəşəm konsert proqramı ilə çıxış edib. BakuCity.az xəbər verir ki, konsert proqramı Xorvatiyanın Azərbaycandakı səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib. Xorvatiya səfiri Branko Zebiç tədbirdə çıxışı zamanı Azərbaycan-Xorvatiya münasibətlərinə toxunaraq, ölkələrimiz arasındakı əməkdaşlığın bütün istiqamətlərdə gücləndiyini vurğulayı...
Cəmiyyət
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən ölkə ərazisində ilk dəfə Bakı şəhəri və Abşeron yarımadası ərazisində Avropanın DAB+ (Digital Audio Broadcasting) standartı ilə rəqəmli radionun test yayımı həyata keçirilib.  Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, DAB+ standartlı rəqəmli radionun tətbiqi məqsədilə Bakı Teleqüllə Kompleksində baş stansiya avadanlıqları,...
Siyasət
Oktyabrın 16-da Bakıda Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fonddan BakuCity.az-a verilən məlumata görə, iclasda fond tərəfindən 2019-cu ildə görülmüş işlər barədə, o cümlədən  12-ci qrant müsabiqəsinin nəticələri, Xaricdə Təhsil Proqramı, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti, GəncLik proqramı,...
Hadisələr
Bakıda gizlənpaç oynayan zaman tranformatora girən 9 yaşlı Zəhra Əliyevanın iki ayağı və qolu amputasiya olunub. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Esmira Cavadova sosial şəbəkədə paylaşıb. O bildirib ki, uşağın atası, anası olmadığı üçün əməliyyata razılıq üçün nənəsindən imza alınıb. E.Cavadova yazıb ki, uşaq dəcəlliyinə görə məktəbdən qovulub, özündən böyük qardaşı aradabir gəlib uşağı döyüb gedir, gecələri küçələrdə qalır, bir söz...