Akademik Musiqili Teatr yeni mövsümə başlayıb - FOTO

Akademik Musiqili Teatr yeni mövsümə başlayıb - FOTO, Seymur

Teatr mövsümə “O olmasın, bu olsun” musiqili komediyası ilə start verib

Sentyabrın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu mövsümünü Üzeyir Hacıbəyli - XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın “O olmasın, bu olsun” musiqili komediyası ilə açdı. 

Bakucity.az xəbər verir ki, dünən 63-cü dəfə (yeni quruluşda) təqdim olunmuş tamaşada Xalq artisti, “Şöhrət” ordenli, sevilən gülüş ustası Afaq Bəşirqızı (Sənəm), Əməkdar artist, “Zirvə” mükafatı laureatı Şövqi Hüseynov (Məşədi İbad) və teatrın digər peşəkar aktyorları – Əməkdar artistlər – Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar – Əliməmməd Novruzov, Səməd Xasıyev, Aydan Həsənova Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, kiçik yaşlı aktyorlar – Xədicə Kərimli, Hüseyn Nağıyev, Rahib Məmmədzadə və başqaları çıxış ediblər.

Səhnə əsərində həmçinin, İran İslam Respublikasının böyük gülüş ustası, Təbriz Teatrının rəhbəri Babək Nəhreyn hambal obrazını canlandırırdı.

Həmçinin oxu: Pərdələri qaldırın: Bakıda yeni teatr mövsümü başlayır - QİYMƏTLƏR

1911-ci ildə yazılmış, müxtəlif teatr truppaları tərəfindən dəfələrlə tamaşaya qoyulmuş bu əsər uzun illər müxtəlif rejissorların təqdimatında nəinki ölkəmizin, həmçinin dünyanın bir çox teatrlarında göstərilib və böyük rəğbətlə qarşılanıb. Qeyd edək ki, sonuncu quruluşun premyerasından – 1998-ci ilin dekabr ayından indiyə qədər teatrın repertuarında uğurla nümayiş olunan tamaşanın rejissoru Xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadır.

Tamaşanın quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri – Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri – Elməddin Dadaşov və Sevinc Məmmədovadır.

Akademik Musiqili Teatr yeni mövsümə başlayıb - FOTO, fotoşəkil-1 Akademik Musiqili Teatr yeni mövsümə başlayıb - FOTO, fotoşəkil-2 Akademik Musiqili Teatr yeni mövsümə başlayıb - FOTO, fotoşəkil-3 Akademik Musiqili Teatr yeni mövsümə başlayıb - FOTO, fotoşəkil-4 Akademik Musiqili Teatr yeni mövsümə başlayıb - FOTO, fotoşəkil-5 Akademik Musiqili Teatr yeni mövsümə başlayıb - FOTO, fotoşəkil-6 Akademik Musiqili Teatr yeni mövsümə başlayıb - FOTO, fotoşəkil-7

Arzu Murad

Foto: Razimə İsmayılova

Bakucity.az 

Bakı teatr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər