Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək

Sərginin baş sponsoru Kapital Bankdır

10-12 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi keçiriləcək.

Bakucity.az xəbər verir ki, Sərgi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənir. Həmçinin sərgiyə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi dəstək göstərir. Sərginin baş sponsoru Kapital Bankdır.

“EduExpo” sərgisi Azərbaycanda təhsil xidmətlərinin təşviqi üçün ən səmərəli vasitələrdən biridir. Bu sərgi həm yerli, həm də xarici ali təhsil müəssisələrinə əsas hədəf auditoriyası – şagirdlər və onların valideynləri ilə görüşlərin keçirilməsi, eləcə də işgüzar əlaqələrin qurulması və möhkəmləndirilməsi üçün imkan yaradan unikal platformadır.

EduExpo” sərgisi:

- Ölkədə və regionda təhsil sahəsinə həsr olunan və aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, eləcə də xaricdə təhsil üzrə konsaltinq şirkətlərini bir araya gətirən irimiqyaslı beynəlxalq sərgidir. Xarici iştirakçıların sırasında Almaniya, Belarus Respublikası, Çex Respublikası, İran, İsveç, Qazaxıstan, Latviya, Litva, Macarıstan, Niderland Krallığı, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Türkiyə və Yunanıstanın nümayəndələri yer alır. Azərbaycan İlahiyyat İnstitutu, Daşkənddə yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutu, Lublin Mariya Kyuri-Sklodovski adına Universiteti, Moskva Fasiləsiz Təhsil İnstitutu (İNO), Şahid Behişti adına Tibb Universiteti, Novosibirsk bölgəsinin universitetləri, Dövlət İmtahan Mərkəzi, “Rəqəmsal bacarıqlar” layihəsi və LexSolar şirkəti sərgidə debüt edəcək.

- Azərbaycanın aparıcı ali təhsil müəssisələri: ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və s.

- Azərbaycan Respublikası Təhsil Nazirliyinin innovativ stendində birbaşa sərgidə ən son təhsil metodikası barədə, eləcə də uşaqların inkişafı mərkəzinin mütəxəssislərindən uşaqların təhsili haqqında məlumat əldə etmək imkanıdır. Həmçinin stenddə Koreya təhsil standartları əsasında fəaliyyət göstərən peşə təhsili mərkəzi, habelə İT zonası təqdim ediləcək.

- Sərgidə Avropa Birliyinin stendində müxtəlif Avropa ölkələrinin təhsil müəssisələri, dil kursları, tələbə mübadiləsi proqramları təqdim olunacaq.

- Məktəbəqədər təhsil, orta təhsil, ilk peşə və orta ixtisas təhsil,ali təhsil, magistratura, MBA, aspirantura, doktorantura, xaricdə təhsil və tələbə mübadiləsi üzrə proqramlar, dil kursları, kurslar, yay məktəbləri, treyninqlər, у dərsliklər və dərs vasitələri və s. kimi sahələrdir. Tam siyahı ilə linkdən keçərək tanış olmaq mümkündür: https://eduexpo.az/az-exhibitorslist-2019.html

- Sərginin keçirildiyi üç gün ərzində 12 000 nəfərdən ibarət hədəf auditoriya ilə görüşlər keçirmək və öz fəaliyyət istiqamətinizi əyani şəkildə təqdim etmək imkanıdır.

- Təhsil sahəsində ən son nailiyyətlər, innovasiyalar, perspektivli startaplar və təhsil prosesində İT texnologiyalarının tətbiq mexanizmlərini nümayiş etdirmək üçün interaktiv platformadır.

- “B2B” formatlı görüşlər, universitet təqdimatları, müsabiqələr, ustad dərsləri, Fibonaççi oyunları və bir sıra digər tədbirləri ehtiva edən dolğun işgüzar və əyləncə proqramlarıdır.

Bakucity.az

təhsil sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Bakıda polis narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirib. BakuCity.az  xəbər verir ki, Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 39-cu Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Aleksey Yeqorovu saxlayıb. Üzərində baxış keçirilərkən ondan 1, 577 marixuana, 0,177 qram metamfetamin aşkar edilib. Qaradağ Rayon Polis İdarəsini...
İdman
Bakıdakı Dünya Kubokunun keçiriləcəyi vaxt açıqlanıb. Beynəlxalq Gimnastika Federasiyası (FIG) COVID-19 pandemiyası səbəbindən təxirə salınmış bədii gimnastika üzrə Dünya Kuboklarının keçirilməsi üçün yeni tarixləri elan edib. BakuCity.az bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) rəsmi saytına istinadən xəbər verir. Belə ki, 24-26 aprel tarixlərində Bakıda təşkil edilməli olan dünya kuboku növbəti ilin may ayında baş tutacaq. Tokio-2020 Yay Oli...
Cəmiyyət
Azərbaycanda müxtəlif səbəblərdən gündəlik olaraq 150-170 nəfər vəfat edir. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib. R.Bayramlı deyib ki, dəfn üçün icazə almaq istəyənlər 102 xidmətinə müraciət etməlidirlər: "Lakin keçən dəfə biz gördük ki, bu haldan sui-istfadə edirlər. 102 xidmətinə əsassız zəng edənlər barəsi...
Cəmiyyət
Bakıda müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımalar tam dayandırılacaq. Bakı Nəqliyyat Agentliyi sərt karantin rejimi müddətində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan müəssisə və təşkilatlara müvafiq dəstək göstərilməsinə hazırdır. Bu barədə BakuCity.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir. "Lakin daşımaları daxili imkanlar hesabına tənzimləyə bilməyən müəssisə və təşkilatlar ciddi zərurət olduğu halda Na...
Hadisələr
Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında, Nizami rayonu, Qara Qarayev prospektində, “Lotos” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib və üç nəfər xəsarət alıb. Xəsarət alanlar 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. (apa) BakuCity.az
Cəmiyyət
Bakı Dairəvi-1 avtomobil yolunda hərəkətin təşkilində dəyişiklik edilib. Nəqliyyat vasitələrinin Bakı Dairəvi-1 avtomobil yolu ilə müxtəlif istiqamətlərdə (Sumqayıt yolu, “20 Yanvar” dairəsi və “Şamaxı yolu”, həmçinin Abbas Mirzə Şərifzadə küçəsi, Yeni Yasamal və MİDA-nin yeni inşa etdiyi yaşayış massivləri istiqamətində) fasiləsiz və rahat hərəkətinin təmin olunması məqsədilə sözügedən yolun 6-cı km-də, yerli keçid yollarını birləşdirən mövcud yolötürücül...
Kriminal
Metroda polisə tabe olmayan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Metropolitenində polisin qanuni əmrinə tabe olmayan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu barədə BakuCity.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictima...
Cəmiyyət
"Hərəkətinə icazə verilməyən nəqliyyat vasitələrinin müəyyənləşməsi xüsusi qaydada aparılacaq". BakuCity.az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. K.Əliyev bildirib ki, polis əməkdaşları karantin qaydalarının yumşaldılmasından asılı olmayaraq, gücləndirilmiş iş rejimində çalışacaq: "İyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gənc...
İdman
Azərbaycanın futbol klublarının bəzi yoxlama oyunları nəzərdə tutulan vaxtda baş tutmayacaq.  BakuCity.az xəbər verir ki, buna səbəb iki həftə ərzində həftəsonları qadağaların tətbiq edilməsidir.  İyunun 14-də "Neftçi" - "Qəbələ", "Qarabağ" - "Səbail" görüşləri gerçəkləşməyəcək.  Qeyd edək ki, Azərbaycan Premyer Liqasının bazar günü - iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir.  Azərbaycanda qadağala...