Bakıda polisi vurub qaçan sürücü saxlanıldı

Bakıda polisi vurub qaçan sürücü saxlanıldı, Seymur

Vüsal Ağayevin vəziyyəti ağırdır

Bakıda piyadanı vurub hadisə yerindən yayınan sürücü saxlanılıb.

Bakucity.Az APA-ya istinadən xəbər verir ki, hadisə dörd gün bundan əvvəl Tofiq Bəhrəmov adına stadionun yaxınlığında baş verib.

Stadion yaxınlığında xidmət aparan Əlahiddə Çevik Polis Alayanın əməkdaşı, 1987-ci il təvəllüdlü serjant Vüsal Ağayevi “Hyundai” markalı avtomobil vuraraq qaçıb.

Həmçinin oxu: Bakıda sürücü tərəfindən söyülən yol polisi işdən çıxarıldı - VİDEO

Keçirilən axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü, 1968-ci il təvəllüdlü Məhəmməd Seyidov saxlanılıb.

Qeyd edək ki, V.Ağayevin vəziyyəti ağırdır. O, Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdirilib.

Bakucity.Az

Bakı polis sürücü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər