Bakıda dəhşət - Psixi xəstə qonşusunu doğradı, intihar etdi

 Bakıda dəhşət - Psixi xəstə qonşusunu doğradı, intihar etdi

Psixi xəstə 42 yaşlı qohumunu qətlə yetirib özünü öldürdü

Paytaxtın Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Bakucity.az Trend-ə istinadən xəbər verir ki, rayonun Bilgəh qəsəbəsi, 28 may küçəsində, küçənin ortasında Abbasov Zakir Akif oğlunun bıçaqla qətlə yetirilmiş meyiti aşkarlanıb.

Hadisə yerindən 10 metr aralıda yerləşən elektrik transformatorunun kabinəsindən isə daha bir meyit aşkar edilib.

İlkin araşdırma zamanı məlum olub ki, kabinədən tapılan meyit Bilgəh qəsəbə sakini, psixi xəstə, 1957-ci il təvəllüdlü Rzayev Sərvər Əlibaba oğluna məxsusdur.

Həmçinin oxu: Bakıda qanlı gecə - Metronun qarşısında kütləvi dava düşdü

S.Rzayev əvvəlcə damarlarını doğrayaraq küçəyə çıxıb, qohumu və qonşusu olan 1977-ci il təvəllüdlü Abbasov Zakir Akif oğlunu bıçaqla qətlə yetirib. 

Sonradan isə yaxınlıqdakı transformator kabinəsinə daxil olaraq yüksək gərginlikli elektrik xəttinə toxunaraq intihar edib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Bakucity.az

Bakı qətl psixi xəstə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər