Bakıda iki qız hoteldə turistin başına oyun açdılar

Bakıda iki qız hoteldə turistin başına oyun açdılar

Turist tanımadığı iki qızla hoteldə gecələyib

Bakıda hotelə qız gətirən Pakistan vətəndaşının başına oyun gəlib.

Bakucity.az Bakupost.az-a istinadən xəbər verir ki, İlyas Umer Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

O bildirib ki, ötən gecə saat 01:00 radələrində tanımadığı iki qızla qaldığı “Atlas” hotelə gəlib.

Səhər yuxudan oyanan zaman İ.Umer görüb ki, 1300 ABŞ dolları və 650 BƏƏ dirhəmi olan pulu oğurlanıb.

İlkin araşdırma zamanı oğurluq hadisəsinin 1986-cı il təvəllüdlü Nuranə Abdullayeva və 1982-ci il təvəllüdlü Rəna Pozdnyakova  tərəfindən törədiliyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Bakı turist qızlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər