Heykəlin dəqiq yeri və ölçüləri müəyyənləşib
Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin Novruz bayramında qoyulması planlaşdırılır.
Bakucity.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında heykəlin lahiyə rəhbəri, Xalq rəssamı Xanlar Əhmədov deyib.
Heykəlin hazırlanması prosesinin başladığını qeyd edən Xalq rəssamı bildirib, “İçərişəhər” metrostansiyası qarşısında qoyulacaq heykəlin dəqiq yeri və ölçüləri müəyyənləşib.
“Hazırda heykəlin işçi modelini hazırlayıram. Ondan sonra heykəl hazırlanacaq. Heykəlin Novruz bayramında hazır olması planlaşdırılır”, - deyə o qeyd edib.
Həmçinin oxu: Tağıyevin Bakıda qoyulacaq heykəli belə ola bilər - FOTO
Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq heykəli üç metr hündürlüyündə olacaq.
Ayaqüstü olacaq heykəl tunc, qırmızı və qara qranitdən hazırlanacaq.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib olub.
Bakucity.az