Bakıda polislər xanım sürücünün həyatını xilas etdilər - VİDEO

Bakıda polislər xanım sürücünün həyatını xilas etdilər - VİDEO, Seymur

Sürücünün sükan arxasında halı pisləşib

Bakıda polislər sükan arxasında halı pisləşən xanım sürücünün həyatını xilas edib. 

Bakucity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə “Əhmədli” metrostansiyası yaxınlığında qeydə alınıb. 

Belə ki, hərəkətdə olan 90 PK 778 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün sükan arxasında halı pisləşib.

Həmçinin oxu: Bakıda gənc qızı vurub öldürən şəxslə bağlı ilginc faktlar - FOTO + VİDEO

Ərazidə xidmət aparan polis əməkdaşları tez avtomobilə yaxınlaşıblar. Onlar vətəndaşların da köməyindən istifadə edərək avtomobili saxlayıb və xanım sürücünü ordan çıxarıblar. 

Digər vətəndaşların da ziyan görməməsi üçün tədbirlər görüblər.

Bakucity.az

Bakı sürücü polis
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər