Bakıda aşpazlar üçün master-klass keçirilib - FOTO

Bakıda aşpazlar üçün master-klass keçirilib - FOTO, Seymur

Bakıda “Titan” və “Rational” şirkətlərinin təşkilatçılığı ilə aşpazlar üçün master-klass təşkil olunub.

Bakucity.az xəbər verir ki, 30-dan çox aşpazın iştirak etdiyi master-klass zamanı onlara müxtəlif bişirmə texnologiyaları – SmartCooking, buxarda bişirmə, qızartma, mərhələli bişirmə və s. proseslər haqqında əyani üsullarla seminar keçirilib.

Aşpazlara nə üçün “Rational”ın dünya bazarında buxar konvektomatları arasında lider olduğu və müxtəlif istehsalat müəssisələrində çalışan aşbazların niyə məhz “Rational”ı seçdiyi izah olunub. 

Master-klass “Rational”da fəaliyyət göstərən ukraynalı baş aşpaz Aleksey Qlyuşçenko tərəfindən aparılıb.

“Rational” şirkəti “Ən uğurlu innovasiya” kateqoriyası üzrə “Dieselmedallie 2018”, “Intergastra Innovationspreis 2018”, “Küche Award Gold 2017” və s. kimi beynəlxalq mükafatlara və sertifikatlara sahibdir. 

Master-klass-ın təşkilatçısı olan “TİTAN” Sənaye Şirkətləri Birliyi 2005-ci ildən “Rational” şirkətinin ölkədəki rəsmi və yeganə distribüteridir. “TİTAN Group” SŞB “Rational” şirkətinin məhsullarını müştərilərə lizinq və ya nəğd satışla təqdim edir.

Qeyd edək ki, 30 ildən artıq fəaliyyət göstərən “TİTAN” Sənaye Şirkətləri Birliyi peşəkar mətbəx avadanlıqları, ticarət avadanlıqları, sendviç panellər və inşaat materialları istehsalı və satışı ilə məşğuldur.

Bakıda aşpazlar üçün master-klass keçirilib - FOTO, fotoşəkil-1 Bakıda aşpazlar üçün master-klass keçirilib - FOTO, fotoşəkil-2 Bakıda aşpazlar üçün master-klass keçirilib - FOTO, fotoşəkil-3 Bakıda aşpazlar üçün master-klass keçirilib - FOTO, fotoşəkil-4 Bakıda aşpazlar üçün master-klass keçirilib - FOTO, fotoşəkil-5 Bakıda aşpazlar üçün master-klass keçirilib - FOTO, fotoşəkil-6

Bakucity.az

Bakı aşpaz seminar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər