Bakıda atası ilə birgə zibil yığan qızcığaz məktəbə başladı - FOTO

Bakıda atası ilə birgə zibil yığan qızcığaz məktəbə başladı - FOTO, Seymur

Məktəbliyə yeni dərsliklər verilib

Atası İlqar Vasilyeviçlə birlikdə zibil yığan 10 yaşlı Anjelinanın məktəb problemi həll olunub.

Bakucity.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov yayıb.

O bildirib ki, Raskopa Anjelina Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə fərdi təhsilə cəlb olunub:

“Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi adından Anjelinaya məktəbli ləvazimatları və çanta ilə təmin edib. Həmçinin, məktəbliyə yeni dərsliklər verilib.

Məktəbin psixoloqu da Anjelinanın təhsil mühitinə uyğunlaşması və özünəinamının artırılması üçün onunla xüsusi məşğul olacaq.

Bir daha valideynlərə əsas tövsiyəmiz ondan ibarətdir ki, uşaqlarının heç bir halda məktəbə qəbulunu yubatmasınlar. Dövlətin yaratdığı təhsil imkanları hamı üçündür və hər bir uşağın məktəbə cəlb olunması, hərtərəfli vətəndaş kimi yetişməsi ümumilikdə cəmiyyətin uğurudur”.

Bakıda atası ilə birgə zibil yığan qızcığaz məktəbə başladı - FOTO, fotoşəkil-1 Bakıda atası ilə birgə zibil yığan qızcığaz məktəbə başladı - FOTO, fotoşəkil-2 Bakıda atası ilə birgə zibil yığan qızcığaz məktəbə başladı - FOTO, fotoşəkil-3 Bakıda atası ilə birgə zibil yığan qızcığaz məktəbə başladı - FOTO, fotoşəkil-4 Bakıda atası ilə birgə zibil yığan qızcığaz məktəbə başladı - FOTO, fotoşəkil-5 Bakıda atası ilə birgə zibil yığan qızcığaz məktəbə başladı - FOTO, fotoşəkil-6 Bakıda atası ilə birgə zibil yığan qızcığaz məktəbə başladı - FOTO, fotoşəkil-7 Bakıda atası ilə birgə zibil yığan qızcığaz məktəbə başladı - FOTO, fotoşəkil-8 Bakıda atası ilə birgə zibil yığan qızcığaz məktəbə başladı - FOTO, fotoşəkil-9

Bakucity.az

Bakı məktəb Anjelina
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər