Xəstə gözləyər: Bakıda təcili yardım maşını ilə görün nə daşıdılar - VİDEO

Xəstə gözləyər: Bakıda təcili yardım maşını ilə görün nə daşıdılar - VİDEO, Seymur

Görüntülər Nəsimi rayonu ərazisində çəkilib.

Bakıda təcili tibbi yardım maşını ilə xəstə əvəzinə tikinti materialları daşıyıblar.

Bakucity.az Baku.ws-ə istinadən xəbər verir ki, görüntülər paytaxtın Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay küçəsində lentə alınıb.

Bildirilir ki, maşına sement, tikinti materialları, plastik qapı-pəncərə çərçivəsi, pəncərə şüşəsi yükləyiblər.

Həmçinin oxu: Bakıda təcili yardım maşını ilə mebel daşındı - VİDEO

Qeyd edək ki, bir müddət əvvəl də analoji hadisə baş vermişdi. Təcili yardım maşını ilə mebel daşımışdılar. Həmin hadisənin görüntüləri yayılandan sonra sürücü bildirmişdi ki, təcili yardım stansiyasının rəhbərliyinin göstərişi ilə bu işi görüb. Sonradna isə həmn sürücü vəzifədən kənarlaşdırılmışdı.

Bakucity.az

Bakı təcili tibbi yardım maşını
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər