Bakıda insanlığa sığmayan hərəkət - Ağacın dibini betonladılar - FOTO

Bakıda insanlığa sığmayan hərəkət - Ağacın dibini betonladılar - FOTO, Seymur

Təqsirkar barəsində akt və protokol tərtib olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu Badamdar qəsəbəsi İqor Ağayev küçəsi 3 ünvanında ağacın dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçirilib.

Nazirliyin mətbuat xidmətindən Bakucity.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı Eldar şamı ağacının dibinin betonlandığı və budağının kəsildiyi məlum olub.

Araşdırma zamanı ağacın dibini betonlayan və budağını kəsən şəxsin həmin ünvanda yaşayan Fərdi Mirzəyev olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib olunub və ağacın dibi betondan təmizlənib.

Bakıda insanlığa sığmayan hərəkət - Ağacın dibini betonladılar - FOTO, fotoşəkil-1 Bakıda insanlığa sığmayan hərəkət - Ağacın dibini betonladılar - FOTO, fotoşəkil-2 Bakıda insanlığa sığmayan hərəkət - Ağacın dibini betonladılar - FOTO, fotoşəkil-3

Bakucity.az

Bakı ağac
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər