Bakıda 30 yaşlı gəlin vəhşicəsinə öldürüldü - Namus cinayəti

 Bakıda 30 yaşlı gəlin vəhşicəsinə öldürüldü - Namus cinayəti, Seymur

Cəmilə Məhərrəmova dörd uşaq anası idi

Paytaxtın Xəzər rayonunda qətl hadisəsi baş verib.

Bakucity.az APA-ya istinadən xəbər verir ki, Binə qəsəbəsi Südçülük sovxozunda qayınata gəlini baltalayaraq qətlə yetirib.

Dörd uşaq anası olan 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanı qayınatası - əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü Firdovsi Məhərrəmov ailə münaqişəzi zəminində baltalayaraq öldürüb. 

Hüquq-mühafizə orqanları tərəfindən F.Məhərrəmov saxlanılıb və cinayəti etiraf edib. 

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bakucity.az

Bakı gəlin qətl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər