Bakıda gənc qızın ölümünün ilginc təfərrüatı: Qəzadan sonra Ramal nə dedi? - FOTO + VİDEO

Bakıda gənc qızın ölümünün ilginc təfərrüatı: Qəzadan sonra Ramal nə dedi? - FOTO + VİDEO , Seymur

Hadisədən sonra Gülgünün qohumları Ramalla görüşüblər.

Bakıda gənc qızın piyada keçidində avtomobillə vurub öldürülməsinin bəzi təfərrüatları məlum olub.

Bakucity.az xatırladır ki, hadisə sentyabrın 17-i axşam saatlarında Nəsimi rayonu, Vaqif prospektində baş verib.

Ramal Məmmədov idarə etdiyi "Volkswagen Passat" markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vuraraq öldürüb.

Həmçinin oxu: Bakıda avtomobil gənc qızı belə vurub öldürdü - ANBAAN VİDEO

Kadrlardan da görünür ki, gənc qız işıqforun yaşıl işığıının yanmasını gözləyir və avtomobillərin hərəkəti dayandıqdan sonra yolu keçmək istəyir.

Bakıda gənc qızın ölümünün ilginc təfərrüatı: Qəzadan sonra Ramal nə dedi? - FOTO + VİDEO , fotoşəkil-1 Bakıda gənc qızın ölümünün ilginc təfərrüatı: Qəzadan sonra Ramal nə dedi? - FOTO + VİDEO , fotoşəkil-2 Bakıda gənc qızın ölümünün ilginc təfərrüatı: Qəzadan sonra Ramal nə dedi? - FOTO + VİDEO , fotoşəkil-3 Bakıda gənc qızın ölümünün ilginc təfərrüatı: Qəzadan sonra Ramal nə dedi? - FOTO + VİDEO , fotoşəkil-4

Bu zaman işıqforun qırmızı işığına məhəl qoymayan və yüksək sürətlə hərəkət edən “Volkswagen Passat” gənc qızı vurur. Zərbənin təsirindən piyada hadisə yerindən bir neçə metr kənara düşür və aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişir.

Gənc qızın yaxın qohumu bildirib ki, araşdırma iki ay davam edəcək, bundan sonra qərar veriləcək.

Mövzu ilə əlaqədar: “Maserati” ilə qızı vurub öldürdüyü deyilən sürücü danışdı - VİDEO

“Sosial şəbəkələrdə Gülgün Əmiraslanlını “Maserati” markalı avtomobilin vurduğu yazılmışdı. Bu səhv məlumatdır. Onu “Volkswagen Passat” markalı avtomobil vurub. “Maserati”nin sürücüsü isə Gülgünə kömək etmək istəyirdi”, - o deyib.

Gülgünün qohumu həmçinin qeyd edib ki, “Volkswagen Passat” sürücüsü “Roma” adlı avtoxuliqan olub, və, o, hazırda saxlanılıb:

Bakıda gənc qızın ölümünün ilginc təfərrüatı: Qəzadan sonra Ramal nə dedi? - FOTO + VİDEO , fotoşəkil-5

“Ramal bu hərəkətindən utanmalı idi. Lakin həmin gün qohumlar onunla görüşdülə və hadisənin necə baş verdiyini soruşdular. O isə cavabında “Belə alındı da...” söylədi”.

Gülgünün qohumu həmçinin qeyd edib ki, qəza yerində təkərlərin izi olmayıb:

“Yəni sürücü əyləci sıxmayıb, elə gəldiyi sürətlə də qızı vurub”.

Bakucity.az

Bakı qəza Gülgün Ramal
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər