Videodakı təcili tibbi yardım avtomobili özəl klinikalardan birinə məxsusdur
Səhiyyə Nazirliyi Bakıda təcili tibbi yardım maşını ilə xəstə əvəzinə məişət əşyalarının daşınmasına münasibət bildirib.
Bakucity.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, məişət əşyaları yüklənən tibbi yardım avtomobili Səhiyyə Nazirliyinə məxsus deyil.
“Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım avtomobillərinin hər birinin üzərində bort nömrəsi var, yayılan videodakı avtomobilin üzərində isə bort nömrəsi yoxdur. Bundan əlavə nazirliyə məxsus Təcili Tibbi Yardım avtomobillərinin arxa qapılarının üzərindəki xətlər qırmızı rəngdədir, videodakı avtomobilin arxa qapılarının üzərindəki xətlər isə göy rəngdədir. Avtomobil Bakı şəhərində fəaliyyət göstərən başqa klinikalara məxsus ola bilər”.
Mövzu ilə əlaqədar: Xəstə gözləyər: Bakıda təcili yardım maşını ilə görün nə daşıdılar - VİDEO