İtaliyalı pianoçu Bakıda konsert verdi - FOTO

İtaliyalı pianoçu Bakıda konsert verdi - FOTO

Beynəlxalq Muğam Mərkəzində italiyalı pianoçunun konserti keçirilib

Bakucity.az xəbər verir ki, sentyabrın 22-də ilk dəfə olaraq Beynəlxalq Muğam Mərkəzində italiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı  Aleksandr Hacıyevin solo konserti keçirildi.

XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən konsertdən əvvəl əslən Azərbaycanlı olan italiyalı pianoçu təəssüratlarını bölüşüb: “Azərbaycanın milli muğam sənətinin simvolu olan səhnədə çıxış etməyim də mənim üçün bir hadisədir. Çox gözəl səhnədir. Binanın arxitekturası çox gözəl təəssürat yaradır.

Daha sonra əslən Azərbaycanlı olan italıyalı pianoçu festivalın növbəti, səbirsizliklə gözlənilən konsert proqramını təqdim edib.

Konsertdə Mədəniyyət naziri Əbülfəs Qarayev və musiqi ictimaiyyətinin nümayəndələri iştirak edib. İfaçının proqramına Bethoven, Ferens List, Sergey Prokofyev  kimi klassik bəstəkarların əsərləri daxil olub.

Bir çoxları üçün əslən serbiyalı kimi tanınan Aleksandr Hacıyevin doğma vətənində ilk çıxışı həm pianoçu həm də tamaşaçılar üçün yaddaqlan olub.

Ramilə Qardaşxanqızı

Bakucity.az

konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər