Bakıda oyuncaq tapança ilə “Topaz”a basqın

Bakıda oyuncaq tapança ilə “Topaz”a basqın, Seymur

Şübhəli şəxs saxlanılıb.

Bakıda “Topaz”da baş verən quldurluq hadisəsinin təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bakucity.az-a verilən məlumata görə, nazirliyin “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisində qeydə alınan quldurluq hadisəsi barədə məlumat verilib. 

Müraciətlə əlaqədar dərhal Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla sentyabrın 22-də saat 23 radələrində mərc oyunları məntəqəsində naməlum şəxsin orada qeydiyyatçı işləyən C.Abışbəylini oyuncaq tapança ilə hədələyib 200 manat pulunu aldığı müəyyən edilib. 

“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Yusublu saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakucity.az

Bakı Topaz basqın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər