Sabah Bakıda 27 dərəcə isti olacaq

Sabah Bakıda 27 dərəcə isti olacaq

Sabaha olan hava proqnozu açıqlandı

Sentyabrın 25-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Bakucity.az xəbər verir ki, axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. 

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu 17-19, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq.

Bakucity.az

Bakı hava
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər