Bakıda sürücünün söydüyü yol polisi danışdı - Qalıb işləmək istərdim - VİDEO

 Bakıda sürücünün söydüyü yol polisi danışdı - Qalıb işləmək istərdim - VİDEO, Seymur

“Hələ iş qabiliyyətim var”

Bir neçə gün əvvəl Bakıda sürücü Fəxrəddin Nəsirov tərəfindən ağır küçə söyüşləri ilə təhqir olunan Nərimanov rayon Yol Polisi Şöbəsinin tağım komandiri Mehdi Səlimov tutduğu vəzifədən azad olunması barədə danışıb. 

Bakucity.az xəbər verir ki, Mehdi Səlimov demokrat.az-a açıqlamasında hazırda iş başında olduğunu bildirib.

Həmçinin oxu: Bakıda yol polisini təhqir edən sürücü danışdı - Qələt etmişəm - VİDEO

“Mən hələ işimin başındayam, çıxmamışam. Ancaq təqaüdə çıxmağım barədə raport yazmışam, yəqin ki, yaxın vaxtlarda pensiyaya göndəriləcəm”. 

Mehdi Səlimov hələ iş qabiliyyətinin olduğunu da söyləyib:

Həmçinin oxu: Bakıda sürücü tərəfindən söyülən yol polisi işdən çıxarıldı - VİDEO

“Hələ iş qabiliyyətimi itirməmişəm, yol polisində qalıb işləmək istərdim. Ancaq şərait elə gətirdi ki, artıq bu vəzifədən getməliyəm. Rəhbərlik belə qərar qəbul edib. Mənə polis sistemində başqa vəzifə də təklif edildi. Məni polis orqanından xaric etməyiblər. Ancaq mən özüm qərar verdim ki, pensiyaya gedim”.

Bakucity.az

Bakı sürücü yol polisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər