Bakıda ən gözəl azərbaycanlı qız və oğlan seçildi – FOTO

“Miss & Mr National Azerbaijan” yarışmasının final konserti keçirilib.

Sentyabrın 23-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “ADDIM” Yaradıcı Gənclər Təşkilatının dəstəyi ilə “Miss & Mr National Azerbaijan” yarışmasının finalı keçirilib.

Bakucity.az xəbər verir ki, yarışmanın altı nəfərlik münsiflər heyətində ukraynalı buker Vitalina Rozbitskaya, Gürcüstanda “Maximum” moda evinin sahibi İrina Çaxunaşvili, Moldovanın “Eurovision” təmsilçisi, Əməkdar artist Olya Tira, türkiyəli kreativ direktor Erdi Şən, Azərbaycanın Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və millət vəkili Jalə Əliyeva yer alıb.

Final gecəsində 10 qız, 10 oğlan olmaqla 20 iştirakçı yarışıb. 

Finalçılar modelyer Kübra Nuriyevanın, türk dizayneri Gülər Baysalın və ukraynalı dizayner Katerina Lukaşukun məxsusi olaraq yarışma üçün hazırlandığı geyimlərdə podiuma çıxıblar.

Birinci yerin qalibləri Emil Həsənzadə və Nigar Qədirliyə ölkə xaricində xüsusi kristallarla və svarovski daşlarla bəzədilmiş qiymətli taclar və 10 min manat mükafat təqdim olunub.

Gecəni giriş sözü ilə “ADDIM” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə açıb: 

“Bilirsiniz ki, “ADDIM”ın əsas qayəsi gəncləri önə çəkməkdir. Bu istiqamətdə bir çox dövlət və beynəlxalq layihələr həyata keçirmişik. Bu sahəyə isə artıq bir neçə illərdir ki, qeyri peşəkarlar daxil olub. Məhz bu halın qarşısını almaq üçün bu cür böyük layihəni həyata keçirdik.

Bütün tərəfdaşlarımıza, dövlət və özəl strukturlarına təşəkkürümüzü bildiririk, hansı ki, əvvəldən sonadək bizimlə birlikdə oldular. Layihə çərçivəsində bir neçə xarici ölkədə yaşayan və fəaliyyət göstərən beynəlxalq modellərimiz ilk dəfə olaraq Azərbaycana gəliblər.

Eləcə də münsiflər heyyətinin 80%-i xarici peşəkarlardan, digərləri isə Azərbaycanda çox sevilən, zövq və gözəllik peşəkarı olan insanlardan ibarətdir. Mən əminəm ki, bu yarışma məhz bu sektorda bir çox məqamları dəyişib, dəyişməkdə də davam edəkəkdir. Burada gördüyünüz hər bir simanı yadda saxlamağınız lazımdır, biz də onlarla birlikdə hələ çox uğura addım atacağıq. 

Ümumiyyətlə, yaradanın ən gözəl əsəri könüldür. Daha sonrakı bütün gözəlliklər isə onun sənət əsəridir. Gözəllik, bax belə bir məfumdur – varsa var, yoxdursa yoxdur! Mən əminəm ki, Azərbaycanın ən gözəlləri bu gün bu yarışmada qalib olacaq”, - deyə H. Cavadzadə bildirib. 

Öz növbəsində deputat Jalə Əliyeva bildirib ki, tədbirin ən ümdə özəlliyi, nümayiş olunan geyimlərdə milli arqumentlərin işlənməsi, milliliyin qorunmasıdır. 

Müsabiqə barədə saytımıza fikir bildirən aktyor Elməddin Cəfərov iştirakçılardan bəzilərinə iş təklif edəcəyini deyib:

“Əvvəlcə başa düşmədim, məyus oldum, amma sonra görəndə ki, birinci yerlərə kimlər sahib oldu vəziyyətim dəyişdi. Bir çox yarışmalardan fərqli olaraq bu müsabiqə ədalətli və demokratik keçirildi, hər bir iştirakçıya uğur arzulayıram. Hüseyn Cavadzadəyə də minnətdaram ki, belə bir tədbiri təşkil etdi. İştirakçılardan bəzilərində aktyorluq qabiliyyəti var, mən bunu hiss elədim. Onlarla görüşmək və iş birliyi təklif etmək istəyirəm”.

Türkyədə iş təklifi alan və geri çevirən aktyor, Bakıda yaşamağın və işləməyin həm onun özü, həm də ailəsi üçün daha rahat olduğunu deyib. Amma boş oturmayıb, belə ki, Elməddindən yeni serial gəlir: 

“Leyli və Məcnun” serialının çəkimlərinə az qalıb, hazırlıq gedir. Bunu türklər çəkib, indi də biz çəkirik. Eyni motiv deyil, tamam başqadır, amma bənzərliklər ola bilər. Tərəf müqabilim isə aktrisa Səhər Əkbər olacaq. Kollektivdə hardasa 15-20 nəfərlik aktyor heyəti çalışır. Maraqlı alınacağını əminliklə demirəm, böyük gözləntilər yaranmasın, amma ən azından çox maraqlı olmasını arzulayıram”. 

Yaradıcı qonaqlar arasında gənclərin sevimlisi reper Ramil Nabran da olub. O, tədbirin böyük miqyasda keçirildiyini deyib: 

“Yarışma bu gözəl məkanda reallaşırsa demək tədbir iri miqyaslıdır. Demək olar ki, bu il ərzində belə tədbirlər çox az olub. Tədbirin təşkilatçılarına uğur arzulayıram. Bu gün qonaqlar arasında da bir-birindən gözəl və gənc iştirakçılar çoxluq təşkil edir ki, bu da sevindirici haldır. Çünki gəncliyin dəbə və gözəlliyə üstünlük verməsi görsənir. Mənim də işim, amalım gənclərin ruhunu yüksək tutmaqdır. Ona görə də mahnılarımı həmişə pozitiv yazıram”.

R.Nabran yeni mahnıların və yaz aylarında yeni konsertin olacağını da deyib.

Qeyd edək ki, digər nominasiyalarda qalib olan gənclərin beynəlxalq yarışmalarda və moda həftələrində iştirakını “ADDIM” Gənclər Təşkilatı öz üzərinə götürüb. 

Gecədə moldovalı müğənni Olya Tira və müğənni Zamiq Hüseynov ifaları ilə qonaqları sevindirib.

Ramilə Qardaşxanqızı

Foto: Nicat Əlili

Bakucity.az

Bakı gözəllik müsabiqə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb. Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 78 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, serebral ateroskleroz, hipoksik ensefalopatiya və şəkərli diabet xəstəliyi olan 1948-ci il...
Cəmiyyət
Azərbaycanda dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.  Məlumatda həmçinin deyilir ki, “Azəriqaz” vəsait...
Hadisələr
Binəqədidə əl qumbarası tapılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə...
Ekologiya
"Hava qədər sabit olmayan, xüsusilə yaz havası qədər dəyişkən heç nə yoxdur. Gün ərzində onun bir neçə dəfə dəyişdiyini görəndə bir daha buna əmin oluruq". BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin (ETSN) rəisi Umayra Tağıyeva deyib. U.Tağıyeva qeyd edib ki, məhz buna görə bütün dünyanın meteoroloqları sutka ərzində hava üzərində fasiləsiz müşahidələr aparırlar...
Kriminal
Azərbaycanda qadağan edilən it döyüşləri keçirilir. BakuCity.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Məlumata görə, məqsədi itlərin pulla döyüşdürülməsi olan “Heyvanların ölümcül oyunu” adlı forum yaradılıb. Döyüşlərdə pitbul və digər it cinsindən olan köpəklərə narkotik tərkibli iynələr vurur və onlar bir-birləri ilə ölənədək döyüşürlər. Bir it digərini parçalayır və ölən heyvanın dərisi soyulur. Qan iyini alaraq daha ağzın...
Ekologiya
Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti...
Cəmiyyət
Bölgələrdə və Bakıda  karantin rejimi yenidən sərtləşdirilə bilərmi? Xəbər verdiyimiz kimi mayın 25-də 149 nəfər koronavirusa yoluxub. Bundan əlavə Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. Analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra...
Cəmiyyət
Bakıda bir nəfər sakinlərin məhəllə marketləri və apteklərə olan bütün borcunu ödəyib. BakuCity.az xəbər verir ki, kimliyini bildirməyən xeyirxah insan bu hərəkəti Ramazan bayramı münasibəti ilə etdiyini bildirib. O, borcunu ödədiyi mağazalardakı "nisyə dəftər"lərini özü ilə aparıb və bu barədə mağazanın qarşısına elan da yapışdırıb. Obyekt sahibləri bildirirlər ki, uzun illərdir, nisyə mal versələr də, belə bir halla ilk dəfədir qarşılaşırlar. Bağlanan bo...
Hadisələr
Qaradağ rayonunda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub.  BakuCity.az xəbər verir ki, rayonun Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "Saipa"nın sürücüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüb.  1984-cü il təvəllüdlü Ramil Gülhə...