Bakıda “Rusiya filmləri həftəsi” başladı – FOTO

Bakı tamaşaçıları Rusiyanın ən yaxşı və ən yeni filmlərini izləyə biləcəklər

Ötən gün, sentyabrın 23-də, Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçirilib.

Bakucity.az xəbər verir ki, Tədbir Rusiya və Azərbaycan Mədəniyyət Nazirlikləri, Rusiyanın “Kinofest” film istehsalı mərkəzi, Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Mərkəzinin dəstəyi ilə təşkil edilib.

Gecənin rəsmi hissəsindən əvvəl məşhur rus rejissorları tədbirlə bağlı təəssüratlarını azə media nümayəndələri ilə bölüşüblər.

“Kinofest”in baş direktoru Sergey Bragin bu tədbirin hər zaman Azərbaycanın paytaxtında böyük uğurla keçirildiyini qeyd edib:

“Artıq beşinci dəfədir ki, Bakıda Rusiya filmləri həftəsi keçirilir. Proqramımız genişlənir: bir dəfə beş filmin nümayişi ilə başlamışdıq, indi on film nümayiş olunur. Ümid edirəm ki, proqramımız inkişaf etməyə davam edəcəkdir".

Festivalın əsas məqsədi iki qonşu ölkənin - Rusiya və Azərbaycanın mədəni əlaqələrini gücləndirməkdir.

“Qəribədir ki, Azərbaycanda rus filmlərinin sayı azdır. Eyni zamanda, niyə Azərbaycan filmləri Rusiyada göstərilmir? Bu tədbir sayəsində həm azərbaycanlı tamaşaçılara Rusiya filmləri barədə məlumat verməyə çalışırıq, həm də şərait yaradırıq ki, siz öz filmlərinizi ölkəmizdə nümayiş etdirməyə can atasınız”.

“Kinofest”in direktorunun sözlərinə görə, tezliklə Rusiyada “Azərbaycan kino günləri” keçiriləcək:

“Təxminən üç həftə əvvəl Azərbaycanın Rusiyadakı səfirliyi bu məsələni müzakirə etmək üçün Mədəniyyət Nazirliyinə gəldi. Yəqin ki, gələn il bu tədbir reallaşacaq.

"Van Qoq" filmini festivalda təmsil edən Sergey Livnev etiraf edib ki, Bakıya gəlmək və bu günü yaşamaq üçün fürsət güdüb:

“Mən 90-cı illərin ortalarından bəri bu şəhərdə olmamışam. O vaxtlar Bakını həqiqətən çox sevirdim. Bu şəhərdəki dəyişikliklər haqqında çox eşidirdim və çoxdan bəri öz gözlərimlə görmək istəyirdim. Bu gün yenə gəldim, amma çox şey görə bildim. Bakıya gəldiyim üçün çox şadam! Şəhər daha da gözəlləşib, havası da çox gözəldir! Xüsusilə İçəri Şəhəri və çoxlu sayda müasir, qeyri-adi tikililəri bəyəndim. Hər yer Parissayağıdır”.

Rejissor öz filmindən bəzi təfərrüatları barədə də danışıb:

“Film Latviya və İsraildə çəkilib. Bu, mənim üçün xüsusi tarixdir, çünki iyirmi ildən artıq idi ki, rejissorluq etmirdim. Filmdə göstərilən tarix mənim üçün çox özəl və ekranlaşdırılması vacib idi. Beləliklə, həyatımda yeni mərhələsi başlayır", deyə S. Livnev bildirib.

Festivalın ilk günündə Anar Abbasovun rejissoru olduğu "Döyüş" filmi nümayiş olunub:

“Bir azərbaycanlı olaraq mənim üçün Rusiya Kino Həftəsini Bakıda açmaq çox böyük şərəfdir. Filmim eşitmə qüsurlu uşaqlar haqqında danışır. Buna baxmayaraq isə onlar rəqs etməyi sevirlər və sağlam uşaqlarla bərabər şərtlərdə yaşamaq istəyirlər. Hələ VGIK-də olarkən belə uşaqlar haqqında sənədli film çəkmişəm, sonradan bu mövzuda bədii film çəkmək fikrim də yarand“, deyə A. Abbasov qeyd edib.

"Tanklar" filminin rejissoru Kim Drujinin isə qeyd edib ki, filmi T-34 tankının yaradılması faktına əsasən çəkilib, qalan hər şey uydurmadır:

"Filmdəki baş qəhrəman, Mixail Koşkini canlandırıb. Əsas problem onda idi ki, bir tərəfdən məcara göstərmək, digər tərəfdən isə əsl insanın hekayəsini canladırmağımız lazım idi. Buna görə bir növ tarazlıq yaratmağa çalışdıq. Bütün ailə üçün bir film çəkməyi bacardıq”.

Rejissor Bakının və Bakı sakinlərinin qonaqpərvərliyindən təəccübləndiyini etiraf edib: "Bura heyrətamiz şəhərdir! Bir tərəfdən kiçikdir, digər tərəfdən rahat və təmizdir! Yerli insanlar çox mehribandır”.

Festivalı əməkdar artist, “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Quliyev açıb. O, öz çıxışında qeyd edib ki, bu tədbir ildən-ilə Bakı tamaşaçılarına Rusiya kinosunda baş verən yenilikləri öyrənməyə fürsət yaradır. C. Quliyev bu il də bir çox maraqlı filmin nümayiş olunacağını deyib.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Bocharnikov da çıxış edib:

“Mənim üçün bu, Rusiyanın ikinci film həftəsidir. Bu gün Rusiyada həftədə orta hesabla iki yerli film yayımlanır. Bu o deməkdir ki, rus kinosu çətin bir dövrdən inamla keçib. Çox istərdim ki, bu filmlər Azərbaycanda da göstərilsin”.

Filmlərin nümayişi Nizami Kino Mərkəzinin böyük salonunda sentyabrın 29-dək davam edəcəkdir. Giriş pulsuzdur.

24 sentyabr, 20:00 - “Tanklar”

25 sentyabr, 20:00- “Damdabaca”

26 sentyabr, 20:00 - “Əziz ata” 

27 sentyabr, 14:00 - “Məşuqələr”

28 sentyabrın, 12:00 - “Leninqradı xilas etmək”

YARAT Müasir İncəsənət Mərkəzində

24 sentyabr, 19:00 – “Van Qoqlar”

27 sentyabr, 19:00 - “Annanın müharibəsi”

28 sentyabr, 19:00 - “Aleksandr Xristoforovun əbədi həyatı”

Züleyxa İsmayılova

Foto: Nicat Əlili

Bakucity.az

Film həftəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Şənbə və bazar günləri icazəsi olanlar işə velosipedlə gedə bilərlər. “Fəaliyyətinə icazə verilmiş qurumda, təşkilatda xidmət edən və onun işə gedib-gəlməsi üçün icazə portalına məlumatı yerləşdirilmiş şəxslərin özləri də fərdi nəqliyyat vasitələrindən istifadə edə bilməzlər”. BakuCity.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Xəzər aktual”da danışıb. K.Əliyev, bu qərarın səb...
Hadisələr
Bakıda küçəyə çıxmaq qadağasının ilk günündə polis qadının həyatını xilas edib. Səhər saatlarında Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılaraq, həyatı xilas edilib.  BakuCity.az xəbər verir ki, bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində həyat yoldaşının vəziyyətinin qəfil pisləşdiyini görən kişi ərazidə xidmət aparan Binəqədi polisinə müraciət edərək, kömək istəyib.  Çağırışa dərh...
Ekologiya
7 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-21, gündüz  25-29, Bakıda  gecə 19-21, gündüz  27-29 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi 764 mm c...
Ekologiya
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.  Dezinfeksiya işləri səhər saatlarından başlayacaq.  BakuCity.az
Kriminal
Bakıda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Naməlum şəxs 1983-cü il təvəllüdlü Mustafayev Fərid Fərhad oğlunu bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.  Ona döş qəfəsinin və boynun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
İdman
"Həftəsonu qadağaların olması çempionata təsir edəcək" "Məşqlərin bərpa olunması bizi sevindirir. Hamı ilk futbola başladığı gün kimi sevinclə çalışır. Komanda üzvləri çox həvəslidir".  BakuCity.az xəbər verir ki, bunları "Report"a açıqlamasında "Zirə"nin futbolçusu Ağabala Ramazanov deyib.  27 yaşlı hücumçu məşqlərdə tələb olunan bütün qaydalara əməl ediklərini bildirib. A.Ramazanov Bakıda həftəsonu tətbiq olunan qadağaya da münasibət bildirib: "Bu, bizim...
Cəmiyyət
Şənbə və bazar günləri evdən çıxmaq istəyənlər 102 xidmətinə zəng edə bilərlər.  Nazirlər Kabineti yanında Operativ Qərargah 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsini qadağan edib. BakuCity.az xəbər verir ki, bu tarixlərdə sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyə...
Biznes
Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək. Ukraynanın “SkyUp Airlines” aviaşirkəti iyunun 13-də Bakı ilə Kiyev arasında birbaşa aviareys həyata keçirəcək. BakuCity.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi nyayıb. Məlumata görə, uçuş Bakı vaxtı ilə 21:20-də baş tutacaq. Bildirilib ki, uçuş əsasən Azərbaycanda qalmış Ukrayna vətəndaşlarına istiqamətlənib.  Qeyd edək ki, Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı...
Hadisələr
Bakıda yük avtomobili yanıb. Hadisə dünən axşam saatlarında, paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. BakuCity.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "МАZ" markalı yük avtomobilinin kabinə hissəsi və mühərriki yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. BakuCity.az