Nigeriyalı tələbə Azərbaycan dilini 5 günə öyrəndi – VİDEO

Nigeriyalı tələbə Azərbaycan dilini 5 günə öyrəndi – VİDEO, Seymur

“Bakını çox sevirəm”

Əziz dostlar! Mən Bakı Ali Neft Məktəbində (BANM) təhsil alacam. Buna görə çox sevinirəm.

Bakucity.az-ın xəbərinə görə, bu sözləri BANM-nin 1-ci kurs tələbəsi nigeriyalı Somtoçukvu Çidinma deyib.

“Bilik Günü” ilə bağlı tədbirdə çıxış edən tələbə Azərbaycan dilində danışıb, ölkəmizdə olduğuna görə fəxr etdiyini və Bakını çox sevdiyini bildirib.

Bildirilir ki, Somtoçukvu Çidinma 5 gün ərzində BANM-in əməkdaşlarının köməyi ilə Azərbaycan dilində danışmağı öyrənib.

Qeyd edək ki, BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) tərəfindən həyata keçirilən “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 7 nəfər nigeriyalı tələbə, o cümlədən, Somtoçukvu Çidinma  2019-2023-cü illər ərzində Bakı Ali Neft Məktəbində bakalavr dərəcəsi üzrə təhsil alacaq. Tələbələr 4 il müddətində “Neft-qaz mühəndisliyi” ixtisasında nəzəri və praktiki biliklərə yiyələnəcək və sonda lazımi kreditləri toplayaraq BANM-in diplomunu əldə edəcəklər.

Onların BMT-nin ayırdığı təqaüdlər hesabına təhsil alması nəzərdə tutulur.

Bakucity.az

Bakı nigeriyalı tələbə Azərbaycan dili
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər