Orta aylıq nominal əməkhaqqı ötən illə müayisədə 3,7 faiz çoxdur.
2019-cu ilin yanvar-iyul aylarında Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 819,4 manat təşkil edib.
Bakucity.az-ın məlumatına görə, bu barədə -a Bakı Şəhər Statistika İdarəsinin məlumatında bildirilir.
Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz çoxdur.
Qeyd edilir ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə, sığorta fəaliyyəti, peşə, elmi, texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərə verilib.
Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.
Bakucity.az