Bakıda sərxoş qadın polislərin başına oyun açdı - VİDEO

Bakıda sərxoş qadın polislərin başına oyun açdı - VİDEO, Seymur

Sürücü yol polisinin əmrinə tabe olmayıb.

Bakıda avtomobili sərxoş halda idarə edən xanım sürücü polis əməkdaşlarının işinə maneə yaradıb.

Bakucity.az APA-ya istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində qeydə alınıb.

Yol polisi əməkdaşları 90-TP-702 dövlət qeydiyyat nişanlı “Kia” markalı avtomobilin sürücüsünə “Saxla” əmri verib.

Lakin avtomobili idarə edən xanım sürücü əmrə tabe olmayıb. Daha sonra o, polislər tərəfindən saxlanılıb. 

Sürücünün sükan arxasında sərxoş vəziyyətdə olduğu şübhələri yarandığından onu müvafiq məntəqəyə dəvət ediblər.

Həmçinin oxu: Liviya vətəndaşı Bakıda süpürgəçi qadını öldürdü

O, Yol Patrul Xidmətinin əməkdaşlarının iradı ilə razılaşmayıb və ictimai asayişi pozmağa çalışıb.

Sürücü sonda Alkoqol Sərxoşluğunun yoxlanılma məntəqəsinə dəvət olunsa da, o, sərxoş olmadığını iddia edib və  avtomobili idarə edərək ərazidən uzaqlaşmaq istəyib. Sürücünün bu istəyinin qarşısı alınıb və məntəqəyə aparılıb.

Ekspertin müvafiq rəyinə əsasən, məlum olub ki, sürücü nəqliyyat vasitəsini sərxoş halda idarə edib. Xanım sürücü inzibati məsuliyyətə cəlb edilib.

Bakucity.az

Bakı sərxoş qadın sürücü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər