Bakıda qapı-qapı gəzib su filtri satanlarla bağlı - RƏSMİ AÇIQLAMA

Bakıda qapı-qapı gəzib su filtri satanlarla bağlı - RƏSMİ AÇIQLAMA, Seymur

Bu filtrlərin çoxu cod suların yumuşaldılmasına hesablanmış qurğulardır

“Azərsu” ASC-nin su filtri satışı ilə məşğul olan şirkətlərə qarşı tədbir görməsi üçün səlahiyyəti yoxdur, bununla belə mütəmadi olaraq təbliğat işləri aparılır.

Bakucity.az-ın xəbərinə görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı İTV-də yayımlanan “3D” verilişində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, belə filtrləri satan şəxslər istehlakçıları aldadırlar:

“Əgər suyun TDS-lə (total dissolved solids) öyrənmək mümkündürsə, niyə dövlətlər milyonlar xərcləyib laboratoriya qururlar? Siz eşitmisizmi ki, Bakıda sudan kütləvi zəhərlənmə, yaxud da ölüm olsun? Bu TDS suda ümumi həll olunmuş duzların miqdarını göstərir”, - deyə o bildirib

Anar Cəbrayıllı qeyd edib ki, bu göstərici bu gün 1500-ə qədər olduğu halda içməyə yararlıdır. 

“Dünya səhiyyə təşkilatının standartlarında isə bu göstərici 1000-ə bərabərdir. Bu gün bizim Abşeron yarımadasına 5 mənbədən verdiyimiz sularda bu göstərici 500-ü keçmir. Bakıda satılan filtrlərin çoxu əks osmos tiplidir. Bunlar cod suların yumuşaldılmasına hesablanmış qurğulardır. Nəticədə suyun tərkibində olan minerallar məhv olur və ölü suya çevrilir”.

Bakucity.az

Bakı su filtri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər