Bakıya gətirilən yeni avtobuslar bu istiqamətlərə veriləcək - SİYAHI

Bakıda daha iki Nəqliyyat Mübadilə Mərkəzi yaradılacaq

Bakıya gətirilən yeni avtobusların bir qismi Bakıətrafı kənd və qəsəbələr istiqamətində istifadəyə veriləcək.

Bunu Bakcuity.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

BNA rəsmisi bildirib ki, Bakıətrafı kənd və qəsəbələrdə sərnişindaşınmanın səviyyəsinin qaldırılması ilə bağlı mühüm işlər görülür:

““Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilməsi bu işlərin tərkib hissəsidir”.

Mais Ağayev qeyd edib ki, yeni avtobuslar əsasən ən çox şikayət olunan istiqamətlərə veriləcək:

“Misal üçün Qala-Pirallahı, Mərdəkan, Bilgəh, Buzovna, Pirşağı, Maştağa istiqamətində yeni avtobusların verilməsi planlaşdırılır”.

Həmçinin oxu: İlham Əliyev və Birinci xanım Bakıda açılışda - FOTO

BNA rəsmisi həmçinin diqqətə çatdırıb ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi bir həftə ərzində sərnişinlərin istifadəsinə veriləcək.

“Metronun “Koroğlu” stansiyasından Nəqliyyat Mübadilə Mərkəzinə qədər yol uzun olduğu üçün günün isti və ya soyuq vaxtlarında sərnişinlərə gəlmək çətin olur. Yaxın vaxtlarda metro stansiyası ilə Nəqliyyat Mübadilə Mərkəzi arasında xüsusi örtüklü dəhlizin inşa edilməsi nəzərdə tutulub. Eyni zamanda, metro stansiyası və onun yanındakı avtobus dayanacağına qədər görmə əngəlli insanlar üçün tratil piltələrin düzəlməsi planlaşdırılıb”.

Mais Ağayev əlavə edib ki, hazırda “Gənclik” və “Nəriman Nərimanov” metrostansiyalarının yaxınlığında Nəqliyyat Mübadilə Mərkəzlərinin hazırlanması ilə bağlı müzakirələr aparılır.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Bakı avtobus istiqamət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat baş verib. BakuCity.az xəbxər verir ki, hadisə  Sabunçu rayonunda, dünən gecə saatlarında qeydə alınıb. Minik avtomobili idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Nəticədə avtomobildə olan 1984-cü il təvəllüdlü Ağayev Rüstəm Təyyar oğlu və 1997-ci il təvəllüdlü Osmanova Elyanura Fəxri qızı xəsarət alıblar. Xəstəxanaya yerləşdirilən yaralılara bədənin küt travması, döş qəfəsinin əziyi diaqnozları qoyulub, vəziyy...
Cəmiyyət
Rusiyadan Azərbaycana daha 175 nəfər azərbaycanlı gətirilib. Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb. BakuCity.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib. Həmçinin oxu: Daha 175 azərbaycanlı Rusiyadan vətənə gəlir Ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib. Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbayca...
Kriminal
Azərbaycanda narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdənlərin kimliyi məlum olub. Azərbaycanda qadağan edilən it döyüşlərinin keçirilməsilə bağlı məlumat vermişdik. BakuCity.az xəbər verir ki, məlumat yayılandan sonra Daxili İşlər Nazirliyindən məsələyə operativ olaraq reaksiya verilib. Qurumun mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun BAKU.WS-ə verdiyi məlumata görə, araşdırmalar zamanı it döyüşləri təşkil edənlərin kimliyi bəlli...
Cəmiyyət
Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb. Azərbaycan Respublikasında 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1957-ci il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 568 nəfərin koron...
Cəmiyyət
Rusiyadaki Azərbaycan vətəndaşlarının daha bir hissəsini vətənə gətirilir. Moskvadan Azərbaycan vətəndaşlarının daha bir hissəsini Vətənə gətirən xüsusi təyyarə yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə saat 13:50-də) havaya qalxıb. BakuCity.az xəbər verir ki, təyyarədə 175 nəfər var. Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür. O cümlədən hazırda Rusiya...
Cəmiyyət
Təhsil nazirliyi vacib məlumat yayıb. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayon (şəhər) təhsil şöbələrinə, nazirliyin birbaşa tabeliyində olan və olmayan ümumi təhsil müəssisələrinə məktub göndərib. BakuCity.az xəbər verir ki, məktubda 2019-2020-ci il tədris ilində ümumi təhsil pilləsi üzrə təhsil alanların məktəbdaxili qiymətləndirilməsinin aşağıdaki kimi həyata keçirilməsi tapşırılıb: 1. I sinif şagirdlərinin məktəbdaxili qiymətlidirilməsi aparılm...
Ekologiya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, ni...
Kriminal
Tanınmış polis zabiti xidmət zamanı ağır xəsarət alıb. Əməkdar idman ustası, kiqboksinq üzrə 6 qat dünya, 12 qat Azərbaycan çempionu "Prins Baku" təxəllüsü ilə tanınan polis kapitanı Kamil Şərifov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. BakuCity.az xəbər verir ki, Suraxanı rayonu 31-ci Polis bölməsi əməkdaşı olan K.Şərifov mayın 11-də karantin postunda olarkən polisin qanuni tələbinə tabe olmayan xanım sürücü tərəfindən vurulub. Karantin postunda "Audi"...
Cəmiyyət
Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsi və digər rayon polis şöbələri tərəfindən cərimə olunan və 40 gün müddət tamamlandığı halda cəriməni ödəməyən şəxslərlə bağlı məhkəməyə müraciət olunub.  Artıq minlər...