Sərnişinlər avtobusların hərəkətini izləyə biləcəklər
Gələn ildən Bakıda avtobusların mütləq əksəriyyəti kart sisteminə keçəcək.
Bunu Bakucity.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.
BNA rəsmisi qeyd edib ki, hazırda Bakıda fəaliyyət göstərən 2100 avtobusdan 503-ü kart sisteminə keçib.
“Bu ümumi avtobus parkının 25 faizidir”.
Mais Ağayev diqqətə çatdırıb ki, avtobuslar kart sisteminə keçidikdən sonra dayanacaqlarda olan monitorların da tam şəkildə fəaliyyəti bərpa olunacaq və sərnişinlər avtobusların gəlmə vaxtını dəqiq biləcəklər.
Bu sistemi daha rahat etmək üçün isə BNA özünün mobil əlavəsini istifadəyə verməyə hazırlaşır.
“Bu mobil əlavədə sərnişinlər avtobusların hərəkətini izləyə biləcəklər”, - deyə o bildirib.
Ramilə Qardaşxanqızı
Bakucity.az