Bakıda qaynana böyrəyini kürəkəninə bağışladı

Bakıda qaynana böyrəyini kürəkəninə bağışladı

Əməliyyatımız uğurla keçib

54 yaşlı qayınana xroniki böyrək çatışmazlığından əziyyət çəkən 32 yaşlı kürəkəninə böyrəyini bağışlayıb.

Bakucity.az xəbər verir ki, uğurlu böyrəkköçürmə əməliyyatı rologiya və transplantologiya sahəsində tanınmış cərrah olan Rəşad Şolanın rəhbərliyi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində həyata keçirilib.

Məlumatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yayıb.

Şöbə müdiri, cərrah-uroloq, transplantoloq Rəşad Şolan qeyd edib ki, bu hadisə ailələrin bütün üzvlərini bir daha doğmalaşdırdı, yaxın etdi:

“Pasiyentimiz illərdir əziyyətli hemodializ senaslarını alırdı və bu da orqanizmin sağlamlığına əks təsirsiz ötüşmürdü. Vəziyyəti getdikcə pisləşdiyindən ona təcili böyrək köçürülməli idi.

Nəticəsiz uyğun donor gözləmələrinin sonunda qayınanası kömək əlini uzatdı – böyrəyini bağışlayaraq kürəkəninə həyat bəxş etdi! Zəruri analiz və müayinələrdən sonra donorun sağlam olduğuna əmin olduq və əməliyyata qərar verdik. Əməliyyatımız uğurla, fəsadsız keçdi.

Xoşbəxtlikdən köçürülmüş böyrəyi orqanizm qəbul etdi. Hər iki pasiyent evə yaxşı vəziyyətdə yazıldılar. Artıq pasiyentimiz həyatına əziyyətli hemodializ prosedurları olmadan davam edəcək.

Bakucity.az

böyrək
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər