“Millionaire Estate” bu dəfə Bakıda - FOTO

“Millionaire Estate” bu dəfə Bakıda - FOTO, Seymur

Bakı möhtəşəm açılışa hazırlaşır.

Sentyabrın 27-dən 30-dək “Holiday Group” və “Led.Az Events” şirkətinin birgə təşkilatçılığı ilə paytaxtımızda ilk dəfə keçiriləcək möhtəşəm “Millionaire  Estate Baku"”nun qala gecəsinə dünyanın hər tərəfindən məşhur influenser və bloqerlər, eyni zamanda ölkənin tanınmış simaları qatılacaq. 

Bakucity.az xəbər verir ki, onlar arasında məşhur TV aparıcı, model Hofit Golan, türkiyəli model, aktrisa, dəb ikonu sayılan İvana Sert, prodüser və aktyor, lüks həyat tərzinin simvollarından biri hesab olunan Tom Claeren, sosial şəbəkədə məşhurluq qazanan üç bacı dəb bloqerləri Nadine Abdel-aziz, Farah Abdel-aziz və Alice Abdel-aziz kimi populyar simalar yer alır. 

Yaxın Şərqdən olan məşhur bacılar 2015-ci ildə “Vogue Italia” nəşri tərəfindən “rəqəmsal şahzadələr” tituluna yiyələniblər. Böyük şöhrət və populyarlıq qazanan adı çəkilən ulduzlar paytaxtımıza ilk dəfə səfər edəcəklər. 

Layihənin ulduz səfirləri isə xalq artisti, məşhur müğənni Faiq Ağayev və  “Eurovision- 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Çingiz Mustafayevdir. 

Beynəlxalq “The Luxury Network” şirkəti və “AzPromo” kimi nüfuzlu qurum tərəfindən dəstəklənən tədbirin əsas məqsədi ölkəmizin turizm sektorunun inkişafına böyük töhfə vermək və “Made İn Azerbaijan” brendini dünya ictimaiyyətinə tanıtmaqdır. 

Tədbirin qala gecəsində özəl üzvlük klubu hesab olunan “Millionaire Concept Baku”nun möhtəşəm  açılışı da baş tutacaq. 

Klubun əsas məqsədi böyük şirkətlər arasında əlaqələri inkişaf etdirmək və qarşılıqlı biznesin uğurlu inkişafı üçün onların birgə fəaliyyət göstərmələrinə nail olmaqdır. 

Layihənin əsas məqsədi Azərbaycan iqtisadiyyatinin inkişafına dəstək vermək, yerli və xarici sahibkarlarların B2B görüşlərini təşkil etmək və “Made İn Azerbaijan” şüarı altında çıxış edən brendləri xarici qonaqlara sərgiləməkdir. 

Layihə çərçivəsində yerli istehsalçılar öz məhsullarını xarici qonaqlara tanıdıb təbliğ etmək üçün yaxşı imkan qazanacaqlar. 

Qlobal xarakter daşıyan və 3 gün davam edəcək tədbirdə qonaqlar əyləncəli şoudan zövq almaqla yanaşı informativ, məhsuldar və biznes yönümlü proqramdan yararlanmaq imkanını əldə edəcəklər. 

Qeyd edək ki, layihənin təşkilatçıları Agil Məmiyev, Nərmin Səfərova və Əliağa Kürçaylıdır.

“Millionaire Estate” bu dəfə Bakıda - FOTO, fotoşəkil-1 “Millionaire Estate” bu dəfə Bakıda - FOTO, fotoşəkil-2 “Millionaire Estate” bu dəfə Bakıda - FOTO, fotoşəkil-3 “Millionaire Estate” bu dəfə Bakıda - FOTO, fotoşəkil-4 “Millionaire Estate” bu dəfə Bakıda - FOTO, fotoşəkil-5 “Millionaire Estate” bu dəfə Bakıda - FOTO, fotoşəkil-6

Bakucity.az

Bakı möhtəşəm açılışa hazırlaşır
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər