Ərazidəki avtomobillərə ziyan dəyib
Paytaxtın “Xətai” metrostansiyasının yaxınlığında, Xocalı prospektində yerləşən “Demirchi Tower” Biznes Mərkəzinin qarşısında arzuolunmaz hadisə baş verib.
Bakucity.az-ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, 20-ci mərtəbədən pəncərənin qırılaraq düşməsi bir neçə nəfərin xəsarət almasına səbəb olub.
Xəsarət alanlardan birinin azyaşlı olduğunu bildirilir. Onun boğazından xəsarət aldığı, artıq xəstəxanaya yerləşdirildiyi qeyd olunur. Bundan başqa, qırılan şüşə ərazidəki avtomobillərə də ziyan vurub.